Icma.az
close
up
RU
Səsi ilə qəlblərə toxunan balaca istedad Nuray Şahsuvarlını tanıyaq

Səsi ilə qəlblərə toxunan balaca istedad Nuray Şahsuvarlını tanıyaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Bəzən bir səs insanı uzağa aparır, unudulmaz sənətkarları yada salır. O səs qəlbin dərinliklərinə işləyir, dinləyicini həm kövrəldir, həm də qürurlandırır. Əslən laçınlı olan Nuray Şahsuvarlının səsi də belədir – onu böyük sənətkar Şövkət Ələkbərovaya bənzədirlər. Dinləyicilər bu oxşarlıqda bir tərəfdən nostaljini, milli musiqimizin klassik ruhunu, digər tərəfdən isə bu balaca istedadın yeni nəfəsini və fərqli baxışını hiss edirlər.

Onun məlahətli səsi ilə ifa etdiyi mahnılar sosial şəbəkələrdə paylaşılıb və geniş maraq doğurub. Yaşının az olmasına baxmayaraq, Nuray istedadını parlaq şəkildə nümayiş etdirir və dinləyicilərin rəğbətini qazanır. AZƏRTAC onu oxuculara daha yaxından tanıdır.

On iki yaşlı Nuray Şahsuvarlı Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdidir. Bununla yanaşı, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində xanəndəlik üzrə oxuyub, hazırda isə fortepiano üzrə təhsil alır. O, ailəsinin dəstəyi ilə ifaçılıq sənətində özünü daha da təkmilləşdirir. Dərslərini yaxşı oxuyur, məktəbdə keçirilən tədbirlərdə çıxış edir. Musiqi onun üçün artıq sadəcə hobbi deyil, həyatının ayrılmaz bir hissəsidir.

Nurayın musiqiyə marağı çox kiçik yaşlarından başlayıb. O, anasının ifa etdiyi “Kukla” mahnısına böyük maraq göstərirmiş. Ritm duyumu və melodiyaya marağı onun musiqi istedadını erkən yaşlardan üzə çıxarıb.

Bu balaca ifaçını geniş auditoriyaya ilk dəfə tanıdan “Böyük dayaq” filmində Flora Kərimovanın səsləndirdiyi “Pərişanın mahnı”sını ifa etməsi olub. Anası onun oxumağını sosial şəbəkədə paylaşıb və qısa müddət sonra yayılmağa başlayıb. Dinləyicilər çox bəyəniblər, təriflər və müsbət rəylər Nurayın həvəsini daha da artırıb.

Qarabağ haqqında xatirələr dinləyərək böyüyən Nuray deyir: “Ailəm bu bölgənin tarixi, gözəllikləri və mədəniyyəti haqqında çox danışıb, mənə Qarabağ sevgisini aşılayıblar. Buna görə də ən böyük arzularımdan biri Qarabağda musiqi ifa etmək olub.” Bu arzu artıq reallaşıb – o, ötən il Şuşada keçirilən tədbirdə çıxış edib, dinləyicilərin qəlbinə yol tapıb. Gələcəkdə isə Laçın da daxil olmaqla, digər bölgələrdə çıxış etmək arzusundadır.

O hazırda müxtəlif tədbirlərdə və müsabiqələrdə fəal iştirak edir. Yaşının az olmasına baxmayaraq səhnədə özünü sınayıb, təcrübə qazanıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə iştirak edib. Ötən il isə Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında "Qarabağ şikəstəsi”ni səsləndirib. Tam orta məktəbdə və Uşaq İncəsənət Məktəbində aldığı təhsil, müəllimlərinin zəhməti və ailəsinin dəstəyi onun musiqi bacarıqlarını daha da gücləndirib.

Nuray həm də gələcəkdə tibb sahəsi üzrə təhsil almaq istəyir. Lakin musiqiyə olan sevgisi və səhnə həvəsi onu daim ifa etməyə səsləyir. Hər ifasında dinləyicilərin qəlbinə yol tapmaq onun üçün önəmlidir. Bu sevgi və həvəs balaca istedadı bacarıqlı musiqiçi kimi formalaşdırır. Məktəb həyatını və musiqi fəaliyyətini uğurla uzlaşdıran Nuray üçün hər yeni çıxış, hər yeni ifa gələcək yolun bir addımıdır.

Bundan əlavə, Nurayın qiraətçi olmaq həvəsi də var. O, klassik və müasir poeziya nümunələrini səsləndirməyi də xoşlayır.

Nuray uğurlarında müəllimlərinə minnətdar olduğunu deyir. Musiqi sahəsində ona düzgün repertuar seçən, yol göstərən və hər addımında dəstək olan müəllimi Əsgər İsmayılova, eyni zamanda, orta məktəbdə ona ana qayğısı göstərən müəllimləri Aygün İsmayılova və Könül Ələsgərovaya da dərin təşəkkürünü bildirir. Onların qayğısı və dəstəyi Nurayın həm dərslərini yaxşı oxumasına kömək olur, həm musiqiyə həvəsini artırır, həm də onu səhnədə daha inamlı edir.

Səsi, ifa bacarığı və çoxsahəli istedadı ilə musiqi sahəsində gələcəyin ümidverici ifaçılarından biri kimi seçilən Nuray, həm klassik muğam ənənələrinə hörmətlə yanaşır, həm də öz ifa tərzində fərdi toxunuşunu əlavə edərək dinləyiciləri heyran edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri