Icma.az
close
up
RU
Səsimiz özümüzə düşmən kəsilir

Səsimiz özümüzə düşmən kəsilir

Azvision saytına istinadən Icma.az xəbər verir.

Mütəxəssislər diqqətə çatdırırlar ki, səsyazısı əsasında potensial qurbanın səsi yamsılanır və mümkün fırıldaqçılıq əməllərində işlədilir. Süni intellektin (Sİ) köməyi ilə yaradılan bu cür "deepfake" səslər, artıq bir neçə ildir ki, kiberfırıldaqçıların "silah"ına çevrilib.
Rusiyanın "F6" kibercinayətkarlıqla mübarizə təşkilatının rəqəmsal risklərdən mühafizə şöbəsinin aparıcı analitiki Yevgeni Yeqorov "İzvestiya" qəzetinə müsahibəsində söyləyir ki, saxta audiomesaj, habelə videomesajların düzəldilməsi üçün xüsusi texniki biliyə ehtiyac yoxdur. Hazırda bu "deepfake"ləri yaratmağa imkan verən xeyli rəqəmsal alət var.
"Fırıldaqçılar yamsılanmış səsyazısını əsasən qurbanın qohumlarına, iş yoldaşlarına və ya qrup çatlarına göndərərək onları inandırır, borc pul istəyirlər", - mütəxəssis deyir.
Əlbəttə, səsin bu, ya digər xüsusiyyətlərini "yamsılamaq"dan ötrü onun müddətinin lazımınca uzunluğu əsas şərtdir. "Solar" kibertəhlükəsizlik texnologiyaları mərkəzinin tədqiqat və inkişaf laboratoriyasının rəhbəri Maksim Buzinovun sözlərinə görə, cəmi üç saniyəlik səsyazısı nitqin monoton tembrini kopiyalamaq üçün kifayətdir. Emosiyaların, xarakterik çalarların yamsılanmasında isə daha uzunmüddətli səsyazısı lazımdır.

("Solar" kibertəhlükəsizlik texnologiyaları mərkəzinin tədqiqat və inkişaf laboratoriyasının rəhbəri Maksim Buzinov)
Kibercinayətkarların "deepfake" səslərlə törətdikləri cinayət əməllərinin sayını müəyyənləşdirmək çətindir. Çünki onlar, adətən, hazır səsyazılarından faydalanırlar. "Angara Security" kibertəhlükəsizlik şirkətinin mütəxəssisi Nikita Novikov təsdiqləyir ki, kibercinayətkarlar belə səsyazılarını şəxsi səsli poçtlardan, rəqəmsal mesajlaşma platformalarından götürürlər.

"Zəngə avtomatik cavab verən, səsyazan telefon cihazları insanın özünəməxsus intonasiyasını, danışıq tərzini təkrarlaya bilir. Kibercinayətkar səsyazısını götürüb süni intellekt sisteminə salır və istənilən mətni həmin səslə "dilə gətirir", - Novikov deyir.
"Security Code" informasiya təhlükəsizliyi şirkətinin hökumətlə Əlaqələr üzrə direktoru Aleksandra Şmiqirilovanın sözlərinə görə, fırıldaqçıların səsyazan telefolara girişi üçün xüsusi haker aləti lazım deyil. Beləliklə, onlar asanlıqla həm telefon nömrəsini, həm də səs nümunəsini ələ keçirirlər.
Yevgeni Yeqorov diqqətə çatdırır ki, Sİ ilə yaradılan saxta səsyazıları gündən-günə daha da keyfiyyətli, təbii və inandırıcı hala gəlməkdədir. Bu baxımdan Sİ-nin inkişafı kibercinayətkarların işini asanlaşdırır.
"Saxta səslər saxta pullara bənzəyir. Hərçənd saxta pulu aşkarlamaqdan ötrü bir çox üsul var, amma saxta səsləri müəyyənləşdirməyin yolları hələlik məhduddur. Üstəlik, yamsılanmış səslər təkrar-təkrar qulaq asdıqca insanın qulağına qeyi-ixtiyari təbii gəlməyə başlayır. Hazırda adi vətəndaşların nə vaxtı, nə də bacarığı var ki, öz müdirlərinin, yaxud qohumlarının səsləri ilə hazırlanan saxta mesajları gerçəyindən seçə bilsinlər. Proqram tərtibatçıları səs saxtakarlığına qarşı mübarizə məqsədilə alətlər hazırlayırlar. Artıq bu sahədə müəyyən irəliləyiş də var, ancaq səslərin saxtasını həqiqisindən yüksək sürətlə, keyfiyyətlə ayırmağa imkan verən ideal vasitə yoxdur", - Buzinov söyləyir.

Mütəxəssislər səsimizin kiberfırıldaqçıların əlinə keçməməsi üçün səsyazan telefon işlətməkdən qaçınmağı, səsyazılarımızı naməlum xidmətlərə ötürməməyi məsləhət görürlər. Bildirirlir ki, tanışların nömrələrindən gələn zəngləri, səsli mesajları elektron nömrə kitabçasında saxlanılan nömrə ilə əlaqə saxlayaraq dəqiqləşdirmək, ümumiyyətlə, aldığımız bütün məlumatları iki dəfə yoxlamaq vacibdir.
"Səs saxtakarlığından özümüzü tamamailə qorumaq hələlik mümkün deyil. Belə bir sistemin yaxın gələcəkdə də yaradılma ehtimalı çox azdır. Bu məsələdə insanların öz ehtiyat tədbirləri, saxta məlumatı tanımaq qabiliyyəti çox mühümdür", - "R-Vision" şirkətinin informasiya təhlükəsizliyi üzrə baş mühəndisi Dmitri Burmaşov vurğulayır.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Mart 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see283

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see242

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see237

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see221

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see219

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see216

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see215

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see212

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see210

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see204

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see201

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see194

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see190

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see187

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see187

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see182

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see177

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see170

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see167

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri