Icma.az
close
up
RU
“Səssiz tələ” sənədli filmi təqdim olundu FOTOLAR

“Səssiz tələ” sənədli filmi təqdim olundu FOTOLAR

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsi çərçivəsində hazırlanmış "Səssiz tələ” sənədli filminin təqdimatı keçirilib.

AZXEBER COM xğbər verir ki, tədbiri açılış nitqi ilə "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Sabirqızı açıb. O, layihənin məqsədi və sənədli filmin hazırlanmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bununla yanaşı, işğal dövründən qalan mina təhlükəsi hələ də ciddi humanitar çağırış olaraq qalır. Hazırda ərazilərin minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilsə də, mina təhlükəsi insanların həyatına təsir etməkdə davam edir.

Tədbirdə ANAMA-nın məlumatlarına istinadən bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı nəticəsində 1991-ci ildən indiyədək 3 500-dən çox insan mina qurbanı olub. Onlardan 362-si uşaq və gənclərdir. Bildirilib ki, bu rəqəmlərin arxasında yarımçıq qalan uşaqlıq, dəyişən həyat taleləri və uzunmüddətli fiziki və psixoloji travmalar dayanır. "Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsinin əsas məqsədi də mina qurbanı olan uşaqların həyat hekayələrini cəmiyyətə çatdırmaq, onların üzləşdiyi problemlərə diqqət çəkmək və mina təhlükəsi barədə məlumatlılığı artırmaqdır.

"Səssiz tələ” sənədli filminin rejissoru Elnur Cəbrayılov, ssenari müəllifi isə Esmira Namiqqızıdır. Film Tovuz rayonunun Əlibəyli və Cəlilli kəndlərinin sakinləri Elgün Hüseynov və Aqşin Məmmədovun timsalında mina qurbanı olan uşaqların dəyişən talelərindən və mina təhlükəsinin yaratdığı ağır nəticələrdən bəhs edir.

Filmin daha geniş auditoriyaya çatdırılması məqsədilə ingilis dilinə tərcümə edildiyi bildirilib.

Tədbirdə dövlət və QHT nümayəndələri, millət vəkilləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin ssenari müəllifi Esmira Namiqqızı çıxış edərək filmin hazırlanma prosesi və real insan hekayələrinin ekranlaşdırılmasının yaratdığı məsuliyyətdən danışıb. Vurğulayıb ki, real həyat hekayələri və müsahibələr əsasında hazırlanan filmdə mina partlayışlarının insan taleyinə təsiri və yaşanan travmalar əks olunub.

Daha sonra "Səssiz tələ” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra millət vəkili Elçin Mirzəbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili, "Səngər” TV-nin rəhbəri Aqil Alışov və "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əli Həziquliyev və digər çıxışçılar film və layihə barədə fikirlərini bölüşüblər. Natiqlər filmin peşəkar səviyyədə hazırlanmasını, real insan hekayələrinin təsirli təqdimatını və mina probleminin humanitar tərəflərinə diqqət yetirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, Elgün və Aqşinin həyat hekayələri mina təhlükəsinin bir insanın və ailənin taleyini necə dəyişə bildiyini konkret nümunə ilə göstərir. Çıxışlarda həmçinin, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi və bunun nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, belə layihələr mina probleminin yalnız statistik göstəricilər deyil, konkret insan taleləri üzərindən təqdim edilməsinə imkan yaradır.

Tədbirdə mina qurbanlarının, xüsusilə uşaqların reabilitasiyası və sosial həyata inteqrasiyası, həmçinin mina təhlükəsi barədə maarifləndirmənin davam etdirilməsinin vacibliyi qeyd olunub. "Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsi çərçivəsində hazırlanan "Səssiz tələ” filmi mina təhlükəsinin uşaqların həyatında yaratdığı ağır nəticələri konkret insan hekayələri vasitəsilə göstərir və bu problemin həm yerli, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılmasına xidmət edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Oktyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri