Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

Yollar yenə tıxaclıdır Siyahı

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

Yol vergisi alınacaq AÇIQLAMA

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

Liverpul fransalı ulduzun izində

Səttarxan, Xiyabani, yoxsa Pişəvəri: Tarix kimin yanında idi? ARAŞDIRMA

Səttarxan, Xiyabani, yoxsa Pişəvəri: Tarix kimin yanında idi? ARAŞDIRMA

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Azərbaycan çağdaş tarixində Səttarxandan Pişəvəriyə qədər tarixi davamlılıq” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Güney Azərbaycan təlatümlü çağdaş tarixinə üç böyük üsyanla başlayıb: Məşrutə hərəkatı (1905-1911), Şeyx Məhəmməd Xiyabani qiyamı (1920) və Azərbaycan Milli Hökuməti (1945-1946). Bu gün bəziləri Səttarxanı və məşrutəçi döyüşçülərini qəhrəman, bəziləri isə satqın adlandırır. Eyni vəziyyət Xiyabani və Pişəvəri haqqında da hökm sürür. Pişəvərini qəhrəman kimi görənlər Səttarxanı və Məşrutə döyüşçülərini xain və ya satqın adlandırır.

Mən bir tədqiqatçı kimi tarixi mövzulara və şəxsiyyətlərə birtərəfli yanaşma ilə razı deyiləm. Tarixi şəxsiyyətlər öz zaman və məkanı kontekstində, tarixi davamlılıq nöqteyi-nəzərindən araşdırılmalı və mühakimə edilməlidir. Məncə, bu üç böyük hərəkat özünəməxsus xüsusiyyətlərə malik olmaqla yanaşı, Güney Azərbaycan türklərinin son 150 illik tarixinin parçalarını təşkil edir. Amma unutmaq olmaz ki, bu parçalar nə qədər fərqli görünsə də, tarixi davamlılıq içində meydana gəlib və bir-birindən təsirlənib.

(Seyid Cəfər Pişəvəri ilə yanaşı, Azərbaycan Demokrat Firqəsinin digər lider və üzvləri Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və Heydər xan Əmoğlunun şəkillərinin altında)

Təbrizdə Səttar xanın dalğalanan bayrağı

Azərbaycan Milli Hökumətinin (1945-1946) hərb naziri general Cəfər Kaviyanın çox maraqlı və düşündürücü açıqlaması var. O deyir ki, biz artıq keçmişimizdən dərs almışıq və artıq 40 il əvvəlki yanlışları təkrar etməyəcəyik. Biz artıq İran üçün yox, Azərbaycan üçün mübarizə aparacağıq. Cəfər Kaviyanın bu sözü dilə gətirdiyi tarixdən (1946) 40 il keçmişə qayıtsaq, Məşrutə hərəkatı zamanına (1905-1911) tuş gələcəyik. Deməli bu gün Səttarxanın əleyhdarlarının dediyi sözləri təxminən 80 il əvvəl Cəfər Kaviyan deyib. Lakin indiki müxaliflərdən fərqli olaraq, nə Cəfər Kaviyan, nə də Azərbaycan Demokrat Firqəsinin digər liderləri heç vaxt Səttar xanavə Məşrutə mücahidlərinə qarşı çıxış ediblər.

(Azərbaycan Milli Hökumətinin hərb naziri, general Cəfər Kaviyan)

Azərbaycan Milli Hökuməti dövründə Səttarxan, Məşrutə mücahidləri, Şeyx Məhəmməd Xiyabani həmişə ehtiramla yad edilib. Hətta həmin vaxt Təbrizdə Səttarxanın heykəli qoyulub və üzərində Səttarxanın təsviri olan bayraq dalğalandırılıb. Digər tərəfdən, sağ qalan məşrutə mücahidlərinin çoxu Azərbaycan Demokrat Firqəsinə və Azərbaycan milli hökumətinə qoşulublar.

(Təbrizdə Səttarxanın heykəlinin açılış mərasimində Cəfər Pişəvəri, Azərbaycan Demokrat Firqəsinin digər liderləri və üzvləri iştirak edir)

Səttarxanı və Pişəvərini iki zidd cəbhəyə yerləşdirənlər

1945-ci ilin noyabrında Azərbaycan Milli Hökumətinin qurulmasına qərar verən Böyük Xalq Konqresi Səttarxanın qardaşı Hacı Əzim xanın çıxışı ilə işə başlayıb və bir ay sonra Azərbaycan Milli Məclisi açıldıqda da hələ parlamentin sədri və Rəyasət Heyətinin üzvləri seçilmədiyinə görə məclisi Hacı Əzim xan başladıb və idarə edib. Səttarxanın qızı da Azərbaycan Milli Hökumətinə dəstək verib hökumətin hörmətini qazanmışdı.

(Səttarxanın qızı və Seyid Cəfər Pişəvəri)

Razıyam ki, tarix keçmişdən danışır və proqnozların yeri deyil. Bununla belə, bir tədqiqatçı kimi, tarixi dəlillərə əsaslanaraq özümə xas olan bir açıqlama vermək istərdim. Məncə, Səttarxan Tehranın Atabəy bağında ayağından güllələnməsəydi və o yaranın nəticəsində həyatını itirməsəydi, heç şübhəsiz 1945-ci ildə Azərbaycan Milli Hökumətinin liderlərinin biri olacaqdı.

Səttarxanı və Pişəvərini iki zidd cəbhəyə yerləşdirənlər və bunlara tam fərqli şəkildə yanaşanlar unutmasınlar ki, Səttarxan hərəkatının Azərbaycan türklərinə qazandırdığı dərslər olmasıydı, bu xalq 1945-ci ildə Milli Hökumət qurmaq qərarı almaya bilərdi. Necə ki, Böyük Xalq Konqresinin açılışı gününə və hətta saatına qədər Azərbaycan Demokrat Firqəsi, Məşrutə konstitusiyasında bəhs edilən, amma həyata keçməyən “Əyalət və vilayət əncümənləri”nin bərpasını istəyirdi. Pişəvəri belə öz çıxışında bu fikri irəli sürmüşdü. Lakin konqres əsnasında tarixdən alınan dərslər onun fikrini dəyişdi.

Yuxarıda Cəfər Kaviyandan sitat gətirdiyimiz cümlə konqres zamanı hələ gətirilmiş olmasa da, o illərdə azərbaycanlıların əksəriyyətinin mentaliteti eyni idi. Onlar hesab edirdilər ki, mərkəzə etibar etmək olmaz və Azərbaycan öz hökumətini qurmalıdır. Konqresin sonunda da onsuz da bu qərara gəldilər. Lakin unutmayaq ki, onları belə qərarın alınmasına yönləndirən amil keçmişdən aldıqları dərslər idi. Açıqca desəm, Azərbaycan türkləri məşrutə qiyamına qatılmış olmasaydı və Səttarxanla yaşadığı təcrübələri əldə etməsəydi, 1945-ci ildə haradan bu qərara gələcəkdi ki artıq mərkəzə güvənmək olmaz və Azərbaycan Milli Hökuməti qurulmalıdır?

Kaviyan Məşrutə qiyamı dövründə uşaq idi, lakin Xiyabani hərəkatında təsirli rol oynadı

Bu gün məşrutə qiyamına və hətta Səttarxana fərqli baxış bucağından baxmaq olar. Hətta onlara qarşı çıxmaq da mümkündür. Lakin unutmayaq ki, 1905-1911-ci illərdə bu hərəkata qoşulan Azərbaycan türkləri 1945-ci ildə mövcud olan təcrübəyə sahib deyildilər. Başqa sözlə, bu yol gedilməli idi ki, onun nəticələri gələcək nəsillər üçün faydalı təcrübə kimi xidmət etsin. Bu nöqteyi-nəzərdən hər millətin tarixi parça-parça xırdalıqlara və xüsusiyyətlərə malik olmaqla birlikdə bir bütünlük təmin edir. Yəni tarixi hadisələri incələyib araşdırarkən onlara ayrı-ayrı deyil, özündən əvvəlki və sonrakı hadisələrlə birlikdə kompleks şəklində yanaşmaq lazımdır.

(Səttarxan)

Səttarxanı, Şeyx Məhəmməd Xiyabani və Pişəvərini bir-birinə qarşı qoyub, birini milli qəhrəman, digərini satqın kimi təqdim edənləri həqiqətən də başa düşə bilmirəm. Şeyx Məhəmməd Xiyabani özü də Məşrutə hərəkatının liderlərindən və mübarizlərindən biri olub. O, dəfələrlə çıxışlarında Səttarxanı yüksək qiymətləndirib və başlatdığı hərəkatı Səttarxanın yolunun davamı hesab edib. Ona qoşulanların bir çoxu, o cümlədən Zeynalabdin Qiyami və Nurullah xan Yekənli kimi tanınmış mübarizlər daha əvvəldə Səttarxan hərəkatına qatılmışdılar. Həmin şəxslər bir müddət sonra Azərbaycan Demokrat Firqəsinə qatılaraq Azərbaycan Milli Hökumətinin qurucularından oldular.

(Şeyx Məhəmməd Xiyabani)

Yuxarıda çıxışından sitat gətirdiyimiz general Cəfər Kaviyan Səttarxanın döyüşçü yoldaşlarından birinin oğlu idi. Kaviyan Məşrutə qiyamı dövründə uşaq idi, lakin Xiyabani hərəkatında təsirli rol oynadı və dediyimiz kimi Azərbaycan Milli Hökumətində hərb naziri vəzifəsində çalışdı.

Azərbaycan Demokrat Firqəsinin rəhbərlərinin Səttarxana və Şeyx Məhəmməd Xiyabaniyə münasibətini yuxarıda müzakirə etdik. Bu rəhbərlər özlərini Səttarxanın və Şeyx Məhəmməd Xiyabaninin davamçısı hesab edirdilər. Onlar çox yaxşı bilirdilər ki, Səttarxanın və Şeyx Məhəmməd Xiyabaninin davamçısı olmaq onların etdiklərini eynən təkrar etmək anlamına gəlməz. Onlar çox yaxşı bilirdilər ki, daha əvvəlki rəhbərlərin davamçısı olmaqla birlikdə daha hadisələri analiz etmək, səhvləri bilmək və yeni vəziyyətə uyğun şəkildə hərəkət etmək lazımdır. Bu səbəbdən bu üç böyük hərəkat arasında ziddiyyət deyil, davamlılıq görürdülər.

(Seyid Cəfər Pişəvəri)

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Demokrat Firqəsinin qurulmasında rolu

Məşrutə hərəkatı (1905-1911), Şeyx Məhəmməd Xiyabani qiyamı (1920) və Azərbaycan Milli Hökumətinin (1945-1946) fərqli məqamlara sahib olmalarına baxmayaraq, bir ziddiyyətin olmaması və tam tərsinə, bir tarixi davamlılığın olmasına dair fikir irəli sürdük və faktlar təqdim etdik. Şeyx Məhəmməd Xiyabaninin Səttarxana baxışından və Pişəvərinin Səttarxana və Şeyx Məhəmməd Xiyabaniyə olan baxışından söz açdıq. Hər üç hərəkata qatılan insanlardan danışdıq. Tarixi sənədlərə görə, hər üç hərəkatda fəal iştirak edənlərin sayı heç də az deyil. Ancaq yazının sonunda bir məsələyə də diqqət çəkmək istəyirəm. O da Azərbaycan Demokrat Firqəsinin adıdır. Bu, Şeyx Məhəmməd Xiyabaninin istifadə etdiyi həmin ad idi.

(Daha sonralar Azərbaycan Demokrat Firqəsi adı ilə tanınan Demokrat Firqəsinin qurucularından sayılan Məhəmməd Əmin Rəsulzadə)

Demokrat Firqəsi 1908-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Seyid Həsən Tağızadə, Seyid Məhəmmədrza Müsavat və Şeyx Məhəmməd Xiyabani kimi tanınmış azərbaycanlı şəxsiyyətlərin əli ilə qurulmuşdu. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani Təbrizdə mərkəzi hökumətə qarşı hərəkata başlayanda elə həmin adı istifadə etdi. Lakin o gündən Tehranda yaranan bu partiya İran partiyası kimi deyil, Güney Azərbaycan partiyası kimi fəaliyyət göstərməyə başladı. Həmin adın 1945-ci illərdə Pişəvəri tərəfindən yenidən istifadə etməsi heç də təsadüfi deyil. Çünki dediyimiz kimi, bu liderlər bir-birlərinin ziddi deyil, bir-birlərinin davamçısı olduğunu düşünürdülər. Demək ki, partiyanın adı da bu qısa yazıda ortaya qoyduğumuz fikri, yəni tarixi davamlılıq fikrini dəstəkləməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see258

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see171

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see170

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see159

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see145

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see143

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see135

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see121

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see120

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see118

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see118

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see116

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see115

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see114

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri