Səudiyyə Ərəbistan klubunun forvardı: Abubakar iki matçda Neftçi yə nəyə görə gəldiyini göstərdi
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Neftçi”nin sabiq forvardı, hazırda Səudiyyə Ərəbistanının “Əl-Ənvər” klubunda oynayan Tyaqo Bezerra Sportal.az saytına açıqlama verib.
O, “ağ-qaralar”ın bu mövsüm nümayiş etdirdiyi çıxışından və Vensan Abubakarın transferindən danışıb. Braziliyalının fikrincə, Abubakar “Neftçi”nin aparıcı qüvvəsinə çevrilə bilər:
"Hamımız Abubakarı yaxşı tanıyırıq. “Neftçi”nin onu transfer etməsi yaxşı haldır. Artıq qısa müddət ərzində Abubakar “Neftçi”də özünü göstərib və qollarını vurur. Görünürdü ki, komandaya tez bir zamanda adaptasiya olub. Abubakar “Qəbələ” və MOİK-lə matçlarda “Neftçi”yə nəyə görə gəldiyini göstərdi. Məncə, uzun müddət idi ki, komandaya onun kimi oyunçu lazım idi. Abubakara və “Neftçi”yə görə də sevindim. Ümidvaram ki, “Neftçi”dəki karyerası uğurlu alınacaq. Onun necə güclü hücumçu olduğunu yaxşı bilirəm".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 31 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















