Səudiyyə Ərəbistanı ABŞ dən 5 milyard dollarlıq aviabomba alır
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 5 milyard dollar olan "JDAM-ER" artırılmış uzaqmənzilli yüksəkdəqiqlikli aviasiya sursatlarının və əlaqədar avadanlıqların mümkün satışına razılıq verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yayılıb. Bildirilib ki, satışın təxmini ümumi dəyəri 5 milyard dollar təşkil edir. Məlumata görə Ər-Riyad tərəfi 10 mindən çox aviabomba və bir o qədər də "JDAM" tuşlama komplekti tələb edib. Tədarük paketinə 500 funt (təqribən 227 kq) ağırlığında 5004 bomba və 2000 funt (təqribən 907 kq) ağırlığında 5 min bomba, o cümlədən 5004 ədəd KMU-572 və 5 min ədəd KMU-556 tuşlama komplektləri daxil edilib.
Saziş üzrə əsas podratçı qismində "Boeing" korporasiyası çıxış edəcək. Dövlət Departamentindən bildirilib ki, bu təchizat Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini gücləndirməyə və regional təhdidlərə qarşı mübarizə imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Qətər, İsrail, BƏƏ və Küveytə ümumi məbləği 8.6 milyard dollardan çox olan silah satışını da təsdiqləyib. Ən böyük paket 4 milyard dollar dəyərində olmaqla Qətər üçün nəzərdə tutulub. Bu paketə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-2 və PAC-3 raketi, ehtiyat hissələri, köməkçi avadanlıqlar və texniki xidmətlər daxil idi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















