Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini kəskin aşağı salacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanı may ayında asiyalı alıcılar üçün neftin bütün növləri üzrə qiymətləri kəskin şəkildə aşağı salacaq. Qiymətlər 2022-ci ilin oktyabrından bəri maksimum səviyyədə - bir barel üçün 2,3 dollar ucuzlaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Saudi Aramco” dövlət şirkətinin bəyanatında deyilir. Məlumata görə, Asiyaya tədarük edilən əsas neft çeşidi “Arab Light” dörd ay ərzində minimuma enəcək və Oman/Dubay neft səbətindən 1,2 dollar baha olacaq.
ABŞ üçün neftin bütün növləri üzrə qiymətlər bir barel üçün 0,2 dollar, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan alıcılar üçün isə bir barel üçün 0,5 dollar azaldılacaq.
Bu mövzuda digər xəbərlər:Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neft qiymətlərini kəskin artıracaq
06 Fevral 2025 15:44
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
04 İyun 2025 22:44
Səudiyyə Ərəbistanı “Aston Villa” üçün
20 İyul 2025 02:41
ABŞ Səudiyyə Ərəbistanı və OPEC i neft qiymətlərini aşağı salmağa məcbur edəcək
23 Yanvar 2025 21:19
Səudiyyə Ərəbistanı Salah üçün hərəkətə keçir
05 Dekabr 2025 10:49
Baxış sayı:93
Bu xəbər 07 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















