Səudiyyə Ərəbistanı Dünya Müdafiə Sərgisində “ağıllı” dəbilqəni təqdim edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 9 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının Mülki Müdafiə üzrə Baş İdarəsi Dünya Müdafiə Sərgisi çərçivəsində yeni “ağıllı” dəbilqəni nümayiş etdirib.
AZƏRTAC Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinə istinadla xəbər verir ki, dəbilqə gündüz və gecə kameraları, eləcə də çətin əlçatan ərazilərdə təhlükəli maddələri aşkarlayan xüsusi sensorlarla təchiz olunub.
Qurğu mobil komanda mərkəzi kimi fəaliyyət göstərir və canlı görüntüləri birbaşa idarəetmə və nəzarət mərkəzlərinə ötürür. Bu isə real vaxt rejimində qərarların daha sürətli qəbuluna, hadisələrə operativ müdaxiləyə və yüksək riskli şəraitdə şəxsi heyətin təhlükəsizliyinin artırılmasına imkan yaradır.
Bu mövzuda digər xəbərlər:Starmer və Səudiyyə Ərəbistanı müdafiə əməkdaşlığını müzakirə edib
09 Aprel 2026 08:39
Səudiyyə Ərəbistanı və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıblar
18 Sentyabr 2025 07:32
Azərbaycanla Səudiyyə Ərəbistanı müdafiə və hərbi sahədə əməkdaşlığı müzakirə edib
08 İyul 2025 13:14
Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik
18 Noyabr 2025 22:48
Baxış sayı:99
Bu xəbər 09 Fevral 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















