Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı maliyyə bazarını xarici investorlar üçün açır

Səudiyyə Ərəbistanı maliyyə bazarını xarici investorlar üçün açır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Qahirə, 31 yanvar, AZƏRTAC

Fevralın 1-dən etibarən Səudiyyə Ərəbistanı maliyyə bazarını xarici investorlar üçün açacaq və onlara birbaşa investisiya yatırmaq imkanları yaradacaq.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bu addım Krallığın maliyyə bazarı tarixində ən mühüm tənzimləyici dəyişikliklərdən biri hesab olunur. Kapital Bazarı İdarəsi yeni tənzimləyici çərçivəni təsdiqləyib. Yeni qayda qeyri-rezident xarici sərmayədarların əsas bazara birbaşa daxil olmasına imkan verir.

Təsdiqlənmiş tənzimləyici dəyişikliklər investor bazasının genişləndirilməsi və şaxələndirilməsi, xarici kapital axınlarının dəstəklənməsi, bazarda likvidliyin artırılması məqsədi daşıyır. Bu isə Səudiyyə Ərəbistanı maliyyə bazarının dünyanın ən yaxşı 10 maliyyə bazarı sırasında yer alması hədəfləri ilə uyğunluq təşkil edir.

Qurum qəbul edilən dəyişikliklər çərçivəsində “ixtisaslı xarici investor” anlayışını ləğv edib, həmçinin qeyri-rezident xarici investorlara yalnız iqtisadi faydalar əldə etməyə imkan verən svop (mübadilə) sazişləri üzrə tənzimləyici çərçivənin tətbiqini dayandırıb. Bununla da əsas bazarda siyahıya alınmış səhmlərə birbaşa investisiya üçün yol açılıb.

Məlumata görə, 2025-ci ilin üçüncü rübünün sonunda Səudiyyə Ərəbistanının maliyyə bazarında beynəlxalq investorların mülkiyyəti 590 milyard riyaldan çox (160 milyard dollara yaxın) olub. Əsas bazardakı beynəlxalq investisiyaların həcmi isə təxminən 519 milyard riyala (təxminən 138 milyard dollara yaxın) çatıb ki, bu da 2024-cü ilin sonundakı 498 milyard riyalla (133 milyard dollara yaxın) müqayisədə artım deməkdir. Gözləntilərə əsasən, yeni tənzimləyici dəyişikliklər qarşıdakı dövrdə əlavə xarici kapital axınlarının cəlb edilməsinə töhfə verəcək.

Qərarın icrasına başlanması qurumun son illərdə tətbiq etdiyi mərhələli yanaşmanın davamı kimi qiymətləndirilir. Bu yanaşmanın mühüm mərhələlərindən biri 2025-ci ilin iyul ayında bəzi xarici investor kateqoriyaları üçün investisiya hesablarının açılması və idarə olunması prosedurlarının asanlaşdırılması olmuşdu.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2026 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri