Səudiyyə Ərəbistanı neft yataqlarına hücum edən PUA nı məhv etdiyini AÇIQLADI
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) qüvvələri dünyanın ən böyük neft-qaz yataqlarından birinə doğru buraxılan doqquz pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Bu günün əvvəlindən ölkənin HHM qüvvələri Rub-əl-Xali səhrasındakı Şeyba yatağına doğru buraxılan İranın doqquz PUA-sını ələ keçirərək məhv edib", deyə Müdafiə Nazirliyindən dəqiqləşdiriblər.
Martın 12-də "The Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb ki, dünyanın ən böyük neft şirkətlərindən biri olan "Saudi Aramco" Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) satın alınması ilə bağlı danışıqlar aparır. Onların köməyi ilə yataqların hücumlardan qorunmasını təmin etmək nəzərdə tutulur.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Mart 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















