Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı Pakistan Türkiyə Azərbaycan hərbi blokuna qoşulur?

Səudiyyə Ərəbistanı Pakistan Türkiyə Azərbaycan hərbi blokuna qoşulur?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalayıblar.
Elə bu yaxınlarda Hindistan-Pakistan müharibəsi baş verdi. Bu müharibədə Türkiyə və Azərbaycan Pakistanın yanında yer aldı. Xüsusən Türkiyənin bu işə müdaxiləsi Pakistanın qələbəsini təmin etdi. Bundan dolayı Şahbaz Şərif Türkiyə və Azərbaycanda oldu, hər iki ölkəyə rəsmən təşəkkürünü bildirdi.


O da sirr deyil ki, II Qarabağ Müharibəsində Pakistan Azərbaycana ciddi şəkildə dəstək verib.
Yəni Pakistan-Türkiyə-Azərbaycan hərbi ittifaqı mövcuddur. Hindistan-Pakistan müharibəsi kimi qlobal xarakterli bir sınaqdan keçib. Kritik vəziyyətdən üzü ağ çıxıb...


Səudiyyə Ərəbistanının Pakistanla hərbi baxımdan daha da yaxınlaşması Pakistan-Türkiyə-Azərbaycan hərbi blokuna necə təsir edəcək? Şübhəsiz ki, edəcək. Başqa cür ola da bilməz. Yəni tezliklə Türkiyə-Pakistan-Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi bloku rəsmən yarana bilər. Bu, real söhbətdir...
Onu da deyim ki, Səudiyyə Ərəbistanının Pakistana təsir imkanları son dərəcə yüksəkdir. Hətta bu təsir o həddədir ki, Pakistanın daxilində mövcud olan siyasi qarşıdurmalar belə Səudiyyənin müdaxiləsi ilə həll olunur. Biz dəfələrlə bunun şahidi olmuşuq.

MHP lideri Dövlət Baxçalı
MHP lideri Dövlət Baxçalı buyurur ki, Türkiyə ABŞ-İsrail ittifaqına qarşı Rusiya və Çinlə ittifaqa girməlidir. Düşünürəm ki, belə bir ittifaq o qədər də etibarlı ola bilməz. Türkiyə İslam Ölkələrini bir araya gətirib hərbi baxımdan möhtəşəm bir ittifaq yaratsa, daha yaxşıdır. Tarixən Türkiyənin (Osmanlı) İslam Dünyasında xüsusi bir missiyası olub. Türkiyə İslam Dünyasında yenidən baş rolda çıxış etməlidir. Əslində proseslər elə ona doğru gedir...
Səudiyyə Ərəbistanı islam Dünyasının ən varlı ölkəsidir. Artıq Türkiyə və Pakistanda hərbi texnologiya sürətlə inkişaf edir. Səudiyyə Ərəbistanı bu inkişafa maliyyə dəstəyi verməklə prosesi sürətləndirə bilər...
Başqa və son dərəcə önəmli bir məqam. Səudiyyə Ərəbistanının əlində Amerika istehsalı olan möhtəşəm silahlar var. Ancaq Səudiyyə Ordusu bu silahlardan istifadə etmək gücündə deyil. Çünki hərbi baxımdan peşəkarlıq son dərəcə aşağı səviyyədədir.
2025-ci il üçün Səudiyyə ərəbistanının hərbi büdcəsi 80 milyard dollardır. Bu, fantastik rəqəmdir. Bu baxımdan Səudiyyə Ərəbistanı dünyada 7-ci yerdədir. Müqayisə üçün deyim ki, Türkiyənin hərbi büdcəsi 25 milyard dollarıdır və dünyada 17-ci yerdə qərar tutub. Ancaq Türkiyə ilə müqayisədə Səudiyyə Ordusu yox kimi bir şeydir. Pakistan isə 10.2 milyard dollarla 29-cu yerdədir.


Daha bir önəmli məqam. Səudiyyənin əlində olan ultra-müasir Amerika silahları təbii ki, İsrailə qarşı istifadə oluna bilməz. Çünki Amerika silahları İsrailin hərbi texnikasını özünükü kimi qəbul edir. Bu situasiyanı dəyişmək olarmı? Nəzəri baxımdan bu, mümkündür. Belə ki, Səudiyyənin əlində olan Amerika silahlarının proqramını dəyişmək lazımdır. Bu isə son dərəcə mürəkkəb bir işdir. Ancaq Türkiyə və Pakistan bu məsələdə müəyyən uğur qazana bilərlər. Müəyyən uğur situasiyanı kökündən dəyişə bilərmi? Yaxşı olar ki, bu kimi suallara mütəxəssislər cavab versin.
İstənilən halda Səudiyyə Ərəbistanının Türkiyə-Pakistan-Azərbaycan hərbi ittifaqına qoşulması ortaya ciddi bir alyansın çıxmasına səbəb olardı. Bu, İslam Dünyasında daxili inteqrasiyaya da güclü təkan verərdi.
Aydındır ki, İslam Dünyası texnologiya baxımından Qərbdən kəskin şəkildə geri qalır. Ancaq Türkiyə və Pakistan bu geriliyi aradan qaldırmaq üçün böyük işlər görürlər. Digər müsəlman ölkələri də bu prosesə təkan verməyə çalışırlar. Məsələn, Misir və İndoneziya kimi ölkələr Türkiyənin dəyəri 50-70 milyard dollar olan “TAI TF-X Kaan” layihəsində yer almağa çalışırlar. Türkiyə və Pakistanın hərbi sənayesində baş verən keyfiyyət və kəmiyyət dəyişikliyi onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu müstəvidə nəzərəçarpacaq dəyişikliklər olacaq.
Elbəyi Həsənli,
Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Sentyabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri