Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı və ABŞ liqaları arasındakı fərq: Ronaldu yanıldı, yoxsa Messi?

Səudiyyə Ərəbistanı və ABŞ liqaları arasındakı fərq: Ronaldu yanıldı, yoxsa Messi?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Anar Həsənov yazır...

Futbol tarixində adları əfsanə kimi çəkilən iki nəhəng - Kriştianu Ronaldu və Lionel Messi. Onlar təkcə illərlə meydanda göstərdikləri performansla deyil, həm də karyeralarının son illərində verdikləri fərqli qərarlarla dünya futbol gündəmini zəbt etməyə davam edirlər. Bugünkü sual artıq statistik göstəricilərdən daha çox futbol fəlsəfəsi və məqsədlərin qiymətləndirilməsi ilə bağlıdır. Ronaldu Asiyaya, Messi isə Amerikaya getməklə doğru seçim etdilərmi?

Messi və ABŞ macərası - Marketinq uğuru, futbol zəifliyi.

Lionel Messi 2023-cü ildə "İnter Mayami" klubuna keçərək MLS-də yeni bir səhifə açdı. Bu keçid Amerika futbolu üçün əsl inqilab oldu. Stadionların dolması, forma satışlarının partlaması, sosial şəbəkələrdə izləyici sayının sürətlə artması Messi faktorunun kommersiya gücünü bir daha sübut etdi.

Lakin futbolun özü baxımından vəziyyət fərqlidir. MLS hələ də oyun tempi, texniki səviyyə və taktiki hazırlıq baxımından Avropa və Cənubi Amerika çempionatlarından olduqca geridə qalır. Klublararası dünya çempionatında ABŞ-ni təmsil edən üç klubdan yalnız "İnter Mayami" qrupdan çıxa bildi. O da zəif təsir bağışladı. Messi turniri cəmi bir qolla başa vurdu. Komandanın PSJ qarşısında göstərdiyi oyun isə, demək olar ki, rəqibə müqavimət göstərməyən, təslim olmuş bir komandanı xatırladırdı.

Deməli, Messi kommersiya baxımından doğru seçim etmiş olsa da, idman baxımından daha ciddi və rəqabətli çempionatlarda oynamaq imkanından imtina etmiş oldu.

Ronaldu və Səudiyyə Ərəbistanı - Futbolun içində qalmaq seçimi.

Kriştianu Ronaldu 2022-ci ildə Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubuna keçəndə bir çoxu bu addımı sadəcə maddi qazanc məqsədli qiymətləndirdi. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Səudiyyə Ərəbistanı çempionatı sürətlə inkişaf edir və artıq dünya futbolunda diqqət çəkən mərkəzlərdən birinə çevrilib.

"Əl-Hilal", "Əl-İttihad" və "Əl-Əhli" kimi klublar Avropa ulduzlarını transfer etməklə yanaşı, oyun keyfiyyətini də ciddi şəkildə artırdılar. "Əl-Hilal" klublararası dünya çempionatında "Mançester Siti" kimi turnirin favoritini mübarizədən kənarlaşdıraraq səviyyəsini bir daha sübut etdi.

Ronaldu özü isə yaşına baxmayaraq yüksək məhsuldarlıq göstərməkdə davam edir. O, həm Səudiyyə liqasında ən çox qol vuranlardan biridir, həm də komandasının lideridir. Daha öncə "Əl-Hilal"ın "Real Madrid"lə 1:1 hesablı heç-heçəsi, indi isə "Mançester Siti" üzərində qələbə - bu hadisələr göstərir ki, Səudiyyə Ərəbistanı çempionatında artıq ciddi futbol mühiti formalaşıb.

Ronaldu, bu seçimi ilə həm idman formasını qorudu, həm də dünya futbolunun yeni mərkəzlərindən birində öncül rol oynadı.

Fərqli yollar, fərqli məqsədlərdə qalib kimdir?

Messi və Ronaldu fərqli yollar seçdilər. Messi daha çox şəxsi rahatlıq, kommersiya gəlirləri və ailəsinə yaxın mühit istədi. ABŞ-də media dəstəyi və sosial sakitlik onun üçün ideal seçim idi. Bu baxımdan Messi məqsədinə çatdı.

Ronaldu isə hələ də meydanda qalmaq, rəqabətdə olmaq, qollar vurmaq və komandasını zirvəyə daşımaq istəyini qorudu. Onun seçdiyi yol futbolun içində qalmaq yoludur və bu, daha çətin, amma daha idmançısayağı yoldur.

Əgər əsas meyar marketinq və şəxsi komfortdursa - Messi düzgün seçim etdi.

Əgər əsas meyar futbol uğuru, meydanda qalmaq və peşəkarlığı qorumaqdırsa - Ronaldu daha doğru qərar verdi.

Nəticə:

Messi ulduzların ölkəsinə getdi, amma futbol ulduzu kimi bir qədər sönük qaldı. Ronaldu isə hələ də ulduz olaraq meydandadır və yeni döyüşlərə çıxır. Hər ikisi öz yolunu seçdi, lakin bu gün üçün daha idmançıya uyğun, daha prinsipial yol Ronaldunun yoludur.

Zaman bu qərarları necə qiymətləndirəcək, bunu sonra görəcəyik. Amma bu gün, futbolun real meydanında mübarizə hələ də Ronaldunun tərəfindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri