Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanında Azərbaycandakı İslamdaxili həmrəylikdən bəhs edilib

Səudiyyə Ərəbistanında Azərbaycandakı İslamdaxili həmrəylikdən bəhs edilib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində İslam Aləmi Liqası təşkilatının "Minhəc" elektron platformasının istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak edib.

525.az-a İdarədən bildirilib ki, müsəlman dini liderlərinin, İslam dünyasının görkəmli dövlət və din xadimlərinin, alim və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin ev sahibliyini İslam Aləmi Liqasının Baş Katibi, Səudiyyə Ərəbistanı Böyük İslam Alimləri Məclisinin sədri, Şeyx Doktor Məhəmməd Əbdülkərim Əl-İssa edib.

O, mərasimdə çıxış edərkən yeni yaradılmış İslami elektron platformasının əsas məqsədini islam dininə aid elmi, fiqhi və tarixi-mədəni məlumatları elektron ensiklopedik formada cəmləşdirərək dünyaya təqdim olunması kimi səciyyələndirib.

Mərasimin təqdimat hissəsində çıxış edən Kəbə Evinin İmamı və Xətibi Şeyx Saleh bin Hümeyd, Əlcəzair Ali İslam şurasının sədri Dr. Məbruk Zeyd əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin (Parlamentinin) sədri Əhməd Mauzəni, Səudiyyə Ərəbistanın baş müftisi, Şeyx Saleh Əl-Fauzən yeni platformanın müasir tələblərə uyğun səviyyədə olduğunu vurğulayıb, bunun sayəsində rəqəmsal məkanda müəyyən geridəqalmağın aradan qaldırılacağını qeyd ediblər. Tədbirin rəsmi hissəsi Şeyxülislam A.Paşazadə daxil olmaqla İslam dünyasının 8 görkəmli lideri tərəfindən rəqəmsal platformanın simvolik işə salınması ilə yekunlaşıb.

Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra ikitırəfli görüşlər keçirib.

Belə ki, QMİ sədri Kəbə Evinin İmamı və Xətibi Şeyx Saleh bin Hümeyd, Səudiyyə Ərəbistanı Böyük İslam Alimləri Məclisinin baş katibi Dr. Fəhd bin Saad əl-Məcid, Əlcəzair Ali İslam şurasının sədri Dr. Məbruk Zeyd əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin (Parlamentinin) sədri, cənab Əhməd Mauzəni, Livan Milli Müsəlman-Xristian dialoq komitəsinin həmsədri, Dr. Məhəmməd Sammak və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin baş direktoru Firdovs Abduxalikov ilə görüşüb.

Tədbir çərçivəsində görüşlərində Şeyxülislam A. Paşazadə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa-quruculuq işləri barədə, erməni vandalizminə məruz qalmış ümumislam əhəmiyyətli mədəni-mənəvi irsimizin dirçəldilməsi yönündə dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etməsindən danışmiş, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edilməsindən, Azan səslərinin ucaldığından qürurla bəhs edib.

QMİ sədri Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin, habelə dini mərkəzin İslam dünyası ilə əlaqələrinin dərinləşməsindən, İslamdaxili həmrəylik və dialoqun inkişafına artan töhfələrindən və qarşıdakı əməkdaşlıq perspektivlərindən məmnunluqla bəhs edib. Görüşlərdə tərəflərin təmsil etdiyi qurumlar və ölkələr arasında dini-mənəvi əlaqələrin və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Noyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri