Səudiyyə Ərəbistanında şahin quşu 346 min dollara satılıb
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Şahin Yetişdiriciləri Hərracında Kanada mənşəli şahin 346 min dollara satılıb. Bu, builki hərracda indiyədək qeydə alınan ən yüksək qiymət, tədbirin tarixində isə ikinci ən bahalı satış olub.
“Reuters” xəbər yayıb ki, Ontario əyalətində yerləşən “Jim Wilson” fermasında yetişdirilən, üçdə dörd hissəsi “gyr” cinsindən olan ağ rəngli gənc şahin hərracın yeddinci günündə satışa çıxarılıb.
Hərrac Səudiyyə Ərəbistanının Milli Şahin Mərkəzi tərəfindən paytaxt Ər-Riyaddan təxminən 65 kilometr şimalda yerləşən Malham şəhərində təşkil olunur.
Kanada mənşəli şahin üçün ilkin qiymət 200 min Səudiyyə rialı (53 min ABŞ dolları) müəyyən edilib. Gərgin mübarizədən sonra quş 1,3 milyon rial, yəni 346 min dollara satılıb.
Hərracda satılan şahinlər Səudiyyə Ərəbistanında keçirilən məşhur şahin yarışlarında iştirak etmək hüququ qazanırlar. Yarış mövsümündə ümumi mükafat fondu təxminən 12,5 milyon dollar təşkil edir.
Beynəlxalq hərracda indiyədək ən yüksək qiymət (467 min dollar) 2021-ci ildə qeydə alınıb.
Baxış sayı:134
Bu xəbər 21 Avqust 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















