Səudiyyə Ərəbistanından husilərə xəbərdarlıq
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Səudiyyə Ərəbistanı Krallığı terrorçu husi yaraqlılarının ölkənin Əbha, Xamis Muşait, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektləri hədəfə almasını qətiyyətlə pisləyir və ən sərt şəkildə qınayır”.
525.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanada deyilir.
Bildirilir ki, hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 73 mülki şəxs yaralanıb.
Krallıq, həmçinin qruplaşmanın Qırmızı dənizdə ticarət gəmilərini davamlı olaraq hədəfə almasını və beynəlxalq dəniz gəmiçiliyinin azadlığına təhdid yaratmasını da pisləyib.
Qeyd olunub ki, Krallıq bu qruplaşmanın Yəmən Respublikasına, eləcə də ərəb və İslam dünyasının təhlükəsizliyi və sabitliyi üçün təhdid yaradan düşmənçilik siyasətini və cinayətkar davranışlarını qəti şəkildə rədd edir. Həmçinin husilərin bütün sülh səylərindən davamlı şəkildə imtinasını qəbuledilməz hesab edir.
“Səudiyyə Ərəbistanı öz suverenliyini müdafiə etmək, milli sərvətlərini qorumaq, vətəndaşlarının və ölkədə yaşayan şəxslərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnun olduğunu təsdiqləyir. Krallıq beynəlxalq hüquq normalarına uyğun olaraq ərazisinə və resurslarına qarşı hər hansı təcavüzə dözməyəcək. Ölkə terrorçu husi yaraqlılarının günahsız mülki şəxsləri və mülki obyektləri hədəfə almağa davam etməsinin nəticələri barədə xəbərdarlıq edir və eskalasiyanın, eləcə də dəniz təhlükəsizliyinə yönəlmiş davamlı təhdidlərin dərhal dayandırılmasının zəruriliyini vurğulayır.
Krallıq, həmçinin beynəlxalq ictimaiyyəti öz məsuliyyətini yerinə yetirməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, ilk növbədə 2216 (2015) və 2722 (2024) saylı qətnamələri həyata keçirməyə çağırır”, - XİN bəyan edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 08 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















