Səudiyyə Ərəbistanından Tehrana sərt ittiham: Dəniz təhlükəsizliyi təhdid altındadır
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanı İranın bölgədəki hərəkətlərini pisləyərək onları beynəlxalq hüququn və dəniz naviqasiyası azadlığının pozulması kimi qiymətləndirib.
"AzPolitika" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
Bəyanatda İranın ticarət gəmilərinə qarşı təkrarlanan hücumlarının beynəlxalq hüququn prinsiplərini, BMT Nizamnaməsini, İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsini və mehriban qonşuluq qaydalarını pozduğu bildirilib. Qeyd olunub ki, bu cür hərəkətlər dəniz təhlükəsizliyi və naviqasiya azadlığı üçün təhdid yaradır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranın son hücumlarının hədəfi olmasa da, ötən həftə Hörmüz boğazından keçən Səudiyyə neft tankerinə ziyan dəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 12 İyul 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















