Səudiyyə Ərəbistanının ali dini lideri şeyx Əbdüləziz Əş Şeyx vəfat etdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının kral sarayı ölkənin baş müftisi, Böyük Alimlər Şurasının sədri şeyx Əbdüləziz ibn Abdullah bin Muhəmməd Əş-Şeyxin vəfatını elan edib.
Oxu.Az xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) yayıb.
Rəsmi açıqlamaya görə, mərhumun cənazə namazı bu gün Riyadda, İmam Turki bin Abdullah məscidində əsr namazından sonra qılınacaq.
Qeyd edək ki, 81 yaşında vəfat edən şeyx Əbdüləziz Əş-Şeyx 1999-cu ilin may ayından etibarən Səudiyyə Ərəbistanının baş müftisi vəzifəsini icra edirdi. O, bu posta mərhum şeyx Əbdüləziz bin Bazın vəfatından sonra təyin olunmuşdu.
Bu mövzuda digər xəbərlər:İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
27 Dekabr 2024 13:25
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda
24 Sentyabr 2025 03:44
Səudiyyə Ərəbistanının energetika naziri
13 Noyabr 2024 01:00
Səudiyyə Ərəbistanının baş müftisi vəfat edib
23 Sentyabr 2025 16:53
Səudiyyə Ərəbistanının “Əş Şarq əl Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb
26 Aprel 2025 07:52
Baxış sayı:65
Bu xəbər 23 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















