Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanının bölgəyə artan marağı Azərbaycana necə təsir edəcək? ŞƏRH

Səudiyyə Ərəbistanının bölgəyə artan marağı Azərbaycana necə təsir edəcək? ŞƏRH

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanının Mərkəzi Asiya və Cənubi Qafqaz ilə münasibətlərini yaxşılaşdırmasının həmin ərazilər üzərindən Avropa bazarına çıxmaq məqsədli olduğu aydındır. Xüsusən də alternativ enerjinin Avropaya çıxarılması əsas planlardandır.

Bəs bu planın Azərbaycana təsiri necə olacaq?

Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, Səudiyyə Ərəbistanı son illərdə xarici və təhlükəsizlik siyasətini balanslaşdırıb:

“Bu Ər-Riyadın manevr imkanlarını genişləndirib. Keçmiş illərdə Amerika Birləşmiş Ştatlarının müttəfiqi kimi çıxış edən Ər-Riyad yaxın və uzaq ölkələrlə faydalı əməkdaşlığa üstünlük verməyə başlayıb. Səudiyyə Ərəbistanı bir neçə il əvvəl Qətər dövlətinə qarşı ultimatum irəli sürmüş, Dohadan xarici və təhlükəsizlik siyasətini korrektəsini tələb etmişdi. Səudiyyə Ərəbistanı tərəfdaşları ilə birgə Qətərə qarşı blokada siyasəti yürütməyə başlamışdı. Ancaq Qətər təzyiq altında siyasətini dəyişdirmədi. Səudiyyə Ərəbistanı bu siyasətini korrektə edərək mehriban qonşuluq münasibətlərinə üstünlük verdi”. 

Politoloq bildirdi ki, Səudiyyə Ərəbistanı İranla uzun illərdir, davam edən gərgin münasibətlərini normallaşdırıb:

“Səudiyyə Ərəbistanı ABŞ-nin İrana qarşı güc siyasətini dəstəkləyib. Ancaq bir müddət sonra Səudiyyə Ərəbistanı İran siyasətini də korrektə etməyə qərar verib. İki dövlət arasında diplomatik münasibətlər bərpa edilib. Ər-Riyad artıq ABŞ-nin və ya İsrailin İrana qarşı hərbi təzyiqini dəstəkləmir. Bu həftə ərzində Səudiyyə Ərəbistanı ilə İran müdafiə nazirlərinin Tehranda görüşünün baş tutmasını yaxınlaşmanın elementi kimi göstərmək olar. Səudiyyə Ərəbistanı Yaxın Şərqdə sülhün bərpası və bölgə dövlətləri arasında əməkdaşlığa üstünlük verir”. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Çin və Hindistanla da yaxşı münasibətləri var:

“Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan Al Səudun 12 noyabrda Hindistana iki günlük səfəri də bundan xəbər verir. O, Dehlidə hind həmkarı Subrahmanyam Jaishankarla birgə Hindistan-Səudiyyə Ərəbistanı Strateji Tərəfdaşlıq Şurasının Siyasi, Təhlükəsizlik, Sosial və Mədəniyyət Komitəsinin 2-ci iclasına həmsədrlik edib. Bu komitə Hindistanın Baş naziri Narendra Modinin 2019-cu ilin oktyabrında Səudiyyə Ərəbistanına səfərindən sonra yaradılıb. Komitənin məqsədi iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə nail olmaqdır. Hindistan və Səudiyyə Ərəbistanı son illərdə qida, əczaçılıq, enerji, kiçik və orta sahibkarlıq, rəqəmsallaşdırma və elektron istehsal kimi sektorları əhatə edən bir çox ikitərəfli sazişlər imzalayıblar. Ər-Riyad və Dehli yeni texnologiyalar, enerji səmərəliliyi, təmiz hidrogen, tekstil, mədənçıxarma sahələrində əməkdaşlıq imkanlarını araşdırır”.

E.Şahinoğlu vurğuladı ki, Səudiyyə Ərəbistanının Cənubi Qafqaz və Mərkəzi Asiyaya da marağı artıb:

“Səudiyyə Ərəbistanının şirkətləri Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda alternativ enerji istehsalına yatırımlar ediblər. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Qazaxıstan və Özbəkistan prezidentləri ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi imzalayıb. Bakıdakı tədbirdə Səudiyyə Ərəbistanının enerji naziri də iştirak edib. İlham Əliyev çıxışında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin fəaliyyətini xüsusi qeyd edib. Bu şirkət hər 3 ölkədə alternativ enerji istehsalı ilə məşğuldur. Azərbaycan, Qazaxıstan və Özbəkistan yaxın illərdə Avropaya alternativ enerjinin nəqlini həyata keçirməyi planlaşdırırlar. Bu, bölgə ölkələrinə həm yeni gəlir imkanları qazandıracaq, həm də Orta dəhlizlə birgə Xəzər və Qara dəniz hövzəsini birləşdirəcək əsas layihələrdən birinə çevriləcək”.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri