Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanının “Əl Cəzirə” qəzetində Müstəqillik Günü ilə bağlı məqalə dərc edilib

Səudiyyə Ərəbistanının “Əl Cəzirə” qəzetində Müstəqillik Günü ilə bağlı məqalə dərc edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 5 iyun, AZƏRTAC

İyunun 5-da Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Cəzirə” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin 28 May - Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və nailiyyətləri barədə məlumat verilir. Bildirilir ki, yaranmasından 107 il keçən bu dövlətdə bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edilmiş, mütərəqqi prinsiplər əsas götürülmüşdür.

Məqalədə vurğulanır ki, Cümhuriyyət böyük geosiyasi çətinliklərlə üzləşməsinə baxmayaraq, mütərəqqi islahatlar həyata keçirib. Azərbaycanda bir sıra Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verilib, həmçinin parlament, Milli Ordu yaradılıb, müttəfiq dövlətlərin liderləri ilə danışıqlara başlanılıb. 1920-ci il yanvarın 11-də keçirilən Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınıb.

Yazıda qeyd edilib ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycana qarşı Ermənistanın təcavüzü başlayıb və ərazilərimizin 20 faizi işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Belə ağır dövrdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmış Ümummilli Lideri Heydər Əliyevin müdrik fəaliyyəti nəticəsində Azərbaycanda sabitlik yaranıb, ölkə qısa müddətdə yeni inkişaf dövrünə qədəm qoyub.

Məqalədə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi, siyasi islahatlar, “Əsrin müqaviləsi”, nəhəng transmilli neft-qaz və kommunikasiya layihələri barədə ətraflı məlumat verilib. Məqalədə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda fəal iştirakından, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsindən, İslam Əməkdaşlıq Təşkilatının işinə töhfəsindən də geniş bəhs edilir.

Yazıda diqqətə çatdırılır ki, məhz dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində ordumuz 2020-ci ildə Vətən müharibəsində, cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin edib, 2023-cü ildə isə Qarabağda aparılan yerli anti-terror əməliyyatı nəticəsində ölkənin tam suverenliyi bərpa olunub.

Daha sonra müəllif Azərbaycan-Səudiyyə münasibətlərinə toxunaraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri