Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanının NEOM limanı ilk avtomatlaşdırılmış kranlar üçün qadın operatorlar hazırlayır

Səudiyyə Ərəbistanının NEOM limanı ilk avtomatlaşdırılmış kranlar üçün qadın operatorlar hazırlayır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanının futuristik NEOM meqalayihəsi çərçivəsində ilk qadın kran operatorları hazırlanır. Bu qabaqcıl proqramla 2026-cı ilə qədər böyük Qırmızı dəniz ticarət mərkəzi qurulacaq və nəhəng yeni liman üçün ilk tam avtomatlaşdırılmış, uzaqdan idarə olunan kranlar alınıb.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, NEOM limanında avtomatlaşdırılmış elektrik rezin təkərli portal kranlarının fəaliyyətə başlaması Krallığın “Vision 2030” islahat proqramı çərçivəsində iqtisadiyyatını şaxələndirilməsi istiqamətində növbəti addım hesab olunur.

NEOM limanı 48 kvadrat kilometrdən çox ərazini əhatə edən qabaqcıl qlobal istehsal mərkəzi olan Oxagonun mərkəzində yerləşir. Dünyanın ən işlək dəniz dəhlizlərindən birində yerləşən liman Şərq-Qərb ticarət yollarında kritik bir qapı kimi xidmət edəcək. Obyekt 900 metrlik körpü divarını tamamlayıb və Süveyş kanalından keçən ən böyük konteyner gəmilərini qəbul etmək üçün kanalını 18,5 metrə qədər dərinləşdirib.

Layihəyə istehsalat mütəxəssisləri üçün ikiillik intensiv təlim proqramı da daxildir. Hazırda Təbuk bölgəsindən on qadın iştirakçı uzaqdan idarə olunan avadanlığın texniki cəhətlərini öyrənir. Bu təşəbbüs Səudiyyə Ərəbistanının ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sənayelərdə qadınların iştirakını artırmaq səylərində əhəmiyyətli bir addımdır.

Uzaqdan idarəetmə qabiliyyəti operatorlara avadanlığı ənənəvi kran kabinlərindən daha təhlükəsiz, erqonomik mühitlərdən idarə etməyə imkan verir, onu qadınlar üçün daha əlçatan edir və iş yerində təhlükəsizlik standartlarını dəstəkləyir.

Limanın birinci terminalının 2026-cı ildə işə salınması planlaşdırılır və tam avtomatlaşdırma üçün daha geniş planların bir hissəsi kimi üfüqi nəqliyyatın avtomatlaşdırılması təqdim ediləcək. Obyekt Krallığın logistika potensialını əhəmiyyətli dərəcədə genişləndirmək və regionda təchizat zəncirinin dayanıqlığını artırmaq məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri