Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki neft emalı zavoduna dron hücumu olub
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanın Qırmızı dənizin sahilindəki “SAMREF” neft emalı zavodu dron hücumuna məruz qalıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik zərbə nəticəsində dəyən zərərin qiymətləndirildiyini bildirib.
Qeyd edilib ki, bu hücum Küveytdə iki neft emalı zavoduna dronlarla edilən hücumlardan sonra baş verib.
İranın Qətər və Birləşmiş Ərəb Əmirliklərində təbii qaz obyektlərinə gecə saatlarında endirdiyi zərbələr və bu hücum dünya bazarında qiymətlərin artmasına səbəb olub.
İran tərəfi bildirib ki, bu hücumlar İsrailin ötən gün Cənub Pars qaz yatağına endirdiyi zərbələrə cavab olaraq endirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 19 Mart 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















