Səudiyyə neftini bu ölkədə saxlayacaq
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanı 2027-ci ilin ikinci yarısından etibarən neftini Sinqapurun anbarlarında saxlayacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumat Sinqapurun Energetika, Ticarət və Sənaye Nazirliyinin veb saytında dərc olunub.
“Sinqapurun Energetika, Ticarət və Sənaye Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi bu gün Sinqapurda neft ehtiyatı anbarının yaradılması ilə bağlı birgə niyyətlərini açıqlayıblar. Təklif olunan plana əsasən, Səudiyyə nefti eyniadlı adada yerləşən “Jurong” yeraltı anbarlarında saxlanılacaq. Neftin saxlanılmasına 2027-ci ilin ikinci yarısında başlanılması gözlənilir.
Neftin saxlanılması tədarükdə fasilələr yarandığı təqdirdə Sinqapurun enerji tələbatını təmin etməyə imkan verəcək və bununla da ölkənin enerji təhlükəsizliyini gücləndirəcək. Bundan əlavə, bu təşəbbüs Səudiyyə neftinin bütün Cənub-Şərqi Asiya üzrə təchizat zəncirinin etibarlılığını artıracaq”, - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















