Icma.az
close
up
RU
Səudiyyədə arağa icazə verilir: Şahzadədən yaşıl işıq

Səudiyyədə arağa icazə verilir: Şahzadədən yaşıl işıq

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı turizmi artırmaq və qlobal tədbirlərə ev sahibliyi etmək üçün 2026-cı ildən etibarən müəyyən bölgələrdə məhdud spirtli içki satışına icazə verməyə hazırlaşır. 

"Cebheinfo.az" xəbər verir ki, yeni tənzimləmə yalnız lisenziyalı otellər, diplomatik ərazilər və müəyyən turizm obyektləri ilə məhdudlaşacaq.

Lakin qərar sərt içkilərə aid deyil. Şərab, pivə və sidr kimi az alkoqollu içkilərin nəzarətli şəkildə təklif edilməsi planlaşdırılır.

Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi və ölkənin qeyri-neft gəlirlərini artırmaq məqsədi daşıyan “Vision 2030” strategiyası çərçivəsində atılıb.

Sözügedən qərarın, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrinin turizm sahəsindəki uğurlarından ilham alınaraq verildiyi vurğulanıb. 

Yeni sistemə əsasən, spirtli içki satışı yalnız xüsusi təlim keçmiş və səlahiyyətli işçilər tərəfindən həyata keçiriləcək.

Təqdimat və istehlak prosesləri ciddi nəzarət mexanizmləri ilə idarə olunacaq.

Qaydalar mədəni həssaslıqları qorumaq və cəmiyyətin dini dəyərlərinə zidd olmamaq üçün ciddi şəkildə həyata keçiriləcək. 

Səlahiyyətlilər bu tənzimləmənin beynəlxalq otel şəbəkələrini və tədbir təşkilatçılarını Səudiyyə Ərəbistanına cəlb edəcəyini və məşğulluğun artmasına da töhfə verəcəyini söyləyib.

Bildirilir ki, aparıcı turizm və yerləşdirmə şirkətləri də bu dəyişikliyi yaxından izləyir və yeni qaydalara uyğun olaraq layihələrini gözdən keçirməyə başlayıblar.

Səudiyyə Ərəbistanı bu addımı ilə turizmdə rəqabət qabiliyyətini artırmağı və ölkənin mühafizəkar strukturunu modernləşmə baxışı ilə tarazlamağı hədəfləyir.

Aslan
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 May 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri