Səudiyyədə diqqətçəkən məqam: Klinton Ecevit görüşü… Foto
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd əş-Şara arasında keçirilən görüşə videokonfrans vasitəsilə qatılması gündəm yaradıb.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın diqqətini çəkən görüntü illər öncəki ikonik fotonu yada salıb.
Belə ki, 1999-cu ildə Türkiyənin o vaxtkı Baş naziri Bülənt Ecevitin ABŞ Prezidenti Bill Klintonla Oval kabinetdə görüşməsi və Klintonun görüş zamanı Ecevitlə kürsüsünə söykənərək danışması uzun illər yaddaşlarda qalacaq görüntülər yaratmışdı.
Ötən gün isə D.Trampın iclasa onlayn qoşulan Ərdoğanı dinləməsi xüsusilə diqqət çəkib.
Vurğulanıb ki, dünya liderlərinə qarşı daim bədən dili və psixoloji üstünlük əldə etməyə çalışan Trampın maraqla Ərdoğanı dinləməsi Türkiyə liderinin həm bölgədə, həm də dünyadaki diplomatik ağırlığından qaynaqlanır.
Qeyd edək ki, Ərdoğanın görüşdə onlayn iştirakı dünya mətbuatında, xüsusilə İngiltərə, ABŞ, Avropa və İsrail mediasında geniş yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















