Səudiyyədən Ağ Evə sərt mesaj: Tramp geri çəkilsə, Tehran qalib çıxacaq
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Tramp İrana qarşı dediklərini həyata keçirməsə, o zaman Tehran daha da güclənəcək.
Ölkə.az “Axios” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman cümə günü Vaşinqtonda keçirilən qapalı görüşdə Ağ Ev administrasiyasına xəbərdalıq edib. “Əgər Tramp administrasiyası Tehrana qarşı sərt mövqeyini real addımlarla möhkəmləndirməsə, İran rejimi uzunmüddətli perspektivdə daha da güclənəcək”, - o qeyd edib.
Axios qeyd edib ki, bu mövqe Səudiyyə Ərəbistanının son həftələrdə eskalasiyaya qarşı səsləndirdiyi açıq bəyanatlarla müəyyən ziddiyyət təşkil edir. Xatırladaq ki, təxminən üç həftə əvvəl vəliəhd şahzadə Məhəmməd bin Salman Trampa bölgədə genişmiqyaslı müharibə riskləri ilə bağlı dərin narahatlığını çatdırıb. Həmin xəbərdarlıqlar Trampın İran ərazisinə mümkün hücumları müvəqqəti təxirə salmaq qərarında rol oynayıb.
Vəliəhd şahzadənin kiçik qardaşı və ən yaxın etibarlı fiqurlarından biri hesab olunan Xalid bin Salman, bölgədə hərbi hazırlıqların intensivləşdiyi, Tehranın isə ABŞ-a cavabın “misli görünməmiş” olacağı ilə bağlı bəyanatlar verdiyi bir dövrdə Vaşinqtona səfər edib.
Axios-un məlumatına görə, görüşlər zamanı Körfəz ölkələrinin rəsmilərindən biri bildirib ki, İran prinsip etibarilə razılaşmaya açıq olduğunu nümayiş etdirir, lakin əsas problem tərəflərin gözləntilərindədir:
“İran həmişə razılaşma istəyir. Amma sual budur ki, hansı razılaşma? İranın istədiyi razılaşma ilə ABŞ-ın qəbul etməyə hazır olduğu razılaşma hazırda üst-üstə düşmür”.
Ağ Ev rəsmiləri isə prezident Trampın hələlik İranla bağlı yekun qərar vermədiyini və diplomatik həll variantlarını açıq saxladığını bildirirlər. Bununla yanaşı, Tramp administrasiyasının Fars körfəzində ABŞ hərbi gücünün əhəmiyyətli dərəcədə artırılması barədə göstəriş verdiyi vurğulanır.
Hazırda ABŞ və İran arasında birbaşa və ciddi danışıqlar aparılmır. Vaşinqtondakı rəsmi mənbələr Tehranın ABŞ-ın irəli sürdüyü maksimalist şərtlərə əsaslanan razılaşmada maraqlı olmadığını bildirirlər.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 31 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















