Icma.az
close
up
RU
Səudiyyəli turistlərin qalmaqalı: Azərbaycana nə qədər ərəb gəlib? STATİSTİKA

Səudiyyəli turistlərin qalmaqalı: Azərbaycana nə qədər ərəb gəlib? STATİSTİKA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda ərəb turistlərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Səbəb isə Səudiyyə Ərəbistanından gələn üç nəfərin Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkməsi olub. Onların hərəkəti ictimaiyyətin haqlı narazılığına səbəb olub, artıq onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hadisə fonunda sosial şəbəkələrdə müxtəlif mövqelər ortaya çıxıb. Bəzi istifadəçilər ərəb turistlərin davranışını kəskin tənqid edərək ümumiləşdirmələr aparıblar. Digərləri isə üç nəfərin hərəkətinə görə bütün ərəb ölkələrindən gələn insanlara qarşı nifrət və ittihamların doğru olmadığını bildiriblər.

Modern.az Dövlət Statistika Komitəsindən Azərbaycana gələn ərəb turistlər barədə məlumat əldə edib.

Məlumata görə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana ən çox ərəb turisti Səudiyyə Ərəbistanından gəlib. Bu müddətdə ölkəmizi 38 963 səudiyyəli ziyarət edib.

Digər ərəb ölkələrindən gələnlərin sayı isə belədir:

Birləşmiş Ərəb Əmirlikləri – 21 499 nəfər

Küveyt – 12 284 nəfər

Oman – 8 272 nəfər

Misir – 3 719 nəfər

İordaniya – 3 342 nəfər

İraq – 2 268 nəfər

Bəhreyn – 2 016 nəfər

Yəmən – 1 347 nəfər

Qətər – 1 228 nəfər

Suriya – 171 nəfər

Ümumilikdə, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin il ərzində ümumi sayı isə yüz minlərlə olur. Məsələn təkcə ötən il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana 98 113 nəfər gəlib. Bu göstərici ərəb ölkələrinin Azərbaycan üçün turizm bazarında əhəmiyyətli rol oynadığını göstərir.

Ekspertlər bildirirlər ki, turizmdə belə hadisələr istisna deyil və hər bir ölkənin vətəndaşları arasında qaydaları pozan şəxslər ola bilər. Bu baxımdan konkret şəxslərin davranışına görə bütün xalqa qarşı nifrət formalaşdırmaq düzgün deyil. Digər tərəfdən, ictimai yerlərdə davranış qaydalarına riayət olunmasının vacibliyi, eləcə də turizm sektorunda etik maarifləndirmənin gücləndirilməsi məsələsi aktuallaşıb.

Dövlət Turizm Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq maarifləndirici təlim və görüşlərdə turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlarına turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya vermək tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri