Seul Pxenyanı ballistik raket atışlarını dayandırmağa çağırıb
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreya prezident administrasiyası Şimali Koreyanın ballistik raket buraxılışını pisləyib və Pxenyanı bu cür hərəkətləri dayandırmağa çağırıb.
"Şimali Koreyanın ballistik raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan təxribatdır. Biz dərhal dayandırılmasını tələb edirik", - deyə Cənubi Koreya prezident administrasiyası bildirib.
6 avqustda administrasiyanın Milli Təhlükəsizlik İdarəsi Müdafiə Nazirliyinin və Birgə Qərargah Rəisləri Komitəsinin nümayəndələri ilə təcili iclas keçirib. Seul əlavə edib ki, "Bu buraxılışın təhlükəsizliyimizə təsiri təhlil edilib və lazımi tədbirlərin həyata keçirilməsi yoxlanılıb". Rəsmilər bildirirlər ki, əlaqəli şəxslərə hazırlıqlı olmaq əmri verilib.
Cənubi Koreya hökumətinin məlumatına görə, cümə axşamı yerli vaxtla təxminən saat 17:00-da (Moskva vaxtı ilə saat 11:00) Vonsan yaxınlığından Yapon dənizinə doğru qısa mənzilli ballistik raket buraxılıb.
Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 10-cu ballistik raket buraxılışıdır. Əvvəlki buraxılış 25 iyunda, Koreya müharibəsinin (1950-1953) başlamasının ildönümü günü baş tutub. Daha sonra ölkə lideri Kim Çen Inın iştirakı ilə taktiki ballistik raketlər və yeni çoxnövlü raket sistemləri sınaqdan keçirildi.
Bu mövzuda digər xəbərlər:Seul: “Pxenyanı təcili dayandırmaq lazımdır”
25 Sentyabr 2025 12:14
Seul Pxenyanı nüvə silahı ilə təhdid etdi Yeni Sabah
13 Noyabr 2024 15:44
Tramp Putini müharibəni dayandırmağa çağırıb
24 Aprel 2025 16:43
Seul və Tokio Pxenyanın ballistik raket buraxdığını təsdiqləyib
05 Yanvar 2026 08:08
Si Cinpin Putini müharibəni dayandırmağa çağırıb...
10 May 2025 00:17
Baxış sayı:152
Bu xəbər 06 Avqust 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















