Icma.az
close
up
RU
Seula gözdağı Kim Çen In orduya nə tapşırığı verdi?

Seula gözdağı Kim Çen In orduya nə tapşırığı verdi?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Kim Çen In ordunun əməliyyat qabiliyyətinin artırılması göstərişini verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global”ın saytındakı yazıda qeyd olunur.

Rəsmi Pxenyanın verdiyi məlumata görə, Kim yüksək rütbəli komandirlərdən xüsusi təyinatlıların döyüş hazırlığı barədə məlumat alıb, snayperlərin atəş təlimlərini izləyib.

Yeni hazırlanmış snayper tüfəngini şəxsən sınaqdan keçirən Kim silahdan məmnun qaldığını bildirib.

Çıxışında xüsusi təyinatlılara ordunun xüsusi əməliyyat imkanlarını gücləndirməyi tapşıran Şimali Koreya lideri deyib: “Döyüş meydanında qələbəni təmin etmək üçün real savaş qabiliyyəti intensiv təlimlərlə gücləndirilməlidir. Bu, vətənpərvərliyin və ölkəyə sədaqətin ən canlı ifadəsidir”.

Şimali Koreya lideri Kim Çen Inın xüsusi təyinatlı hərbi birləşmələrin təlimlərini izləməsi və ordunun əməliyyat imkanlarını artırmaqla bağlı göstəriş verməsi Cənubi Koreya Prezidenti Yun Sok Yölün elan etdiyi hərbi vəziyyət səbəbilə vəzifədən uzaqlaşdırılmasının ardınca baş verib. Bu, siyasətçilər tərəfindən Seul rəhbərliyinə “gözdağı” kimi şərh edilib.

Rəsmi Seul Pxenyanın bu mərhələdə regionda sabitliyi pozmağa yönəlik addımlar ata biləcəyindən ehtiyatlanır.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri