Icma.az
close
up
RU
Seulun regional maraqları Bakının mövqeyi ilə ortaqlaşır

Seulun regional maraqları Bakının mövqeyi ilə ortaqlaşır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Mərkəzi Asiya uğrunda qlobal rəqabətdə yeni mərhələ başlanır

Bu mərhələdə rəsmi Bakı Avrasiya qitəsinin mühüm güc mərkəzləri ilə strateji dialoqu davam etdirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər arasında aparılan danışıqlar bilavasitə siyasi konfiqurasiyaların, həmçinin beynəlxalq münasibətlər sistemində yaranan yeni təhlükəsizlik paradiqmalarının müzakirəsinə yönəlib.

Asiya qitəsinin əsas dövlətlərindən sayılan Koreya Respublikası ilə münasibətlərin inkişaf dinamikası yalnız ikitərəfli formatla məhdudlaşmır, eyni zamanda, genişmiqyaslı regional proseslərin mərkəzinə nüfuz edir. Müzakirələrin mütləq əksəriyyəti Mərkəzi Asiya dövlətləri ilə qurulan çoxtərəfli əməkdaşlıq modelləri üzərində cəmlənib. Asiya qitəsində fəaliyyət göstərən strateji institutlar həmin dövlətlərlə iqtisadi-siyasi münasibətlərin dərinləşməsində rəsmi Bakının iştirakını zəruri sayır. Beləliklə, təşkil edilən diplomatik məsləhətləşmələr qlobal güc balansının Asiya qitəsinin şərqindən Xəzər sahillərinə qədər uzanan geniş coğrafiyada necə tənzimləndiyini göstərən əsas indikatorlardan hesab olunmalıdır. Nümayəndə heyətlərinin qarşılıqlı təmasları göstərir ki, Asiya dövlətlərinin regiona olan siyasi marağı ardıcıl xarakter daşıyır.

Koreya Respublikası Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa strateji prioritet qismində yanaşır. Həmin istiqamətdə tərəflər arasında C6 formatı çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. C6 formatı beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiyanın respublikalarının xarici ölkələrlə dialoqunu təmin edən mühüm siyasi platformadır. Asiyanın aparıcı ölkəsi olan Koreya sözügedən format daxilində Mərkəzi Asiya respublikaları ilə siyasi, institusional əlaqələrini davamlı olaraq genişləndirir. Rəsmi Bakı isə həmin proseslərdə əsas təminatçı, habelə, regional tərəfdaş rolunu oynayır. C6 konfiqurasiyası daxilindəki proseslər yalnız Mərkəzi Asiya regionunu əhatə etmir, həm də Trans-Xəzər marşrutlarının təhlükəsizlik arxitekturasını müəyyənləşdirir. Koreya diplomatiyasının əsas hədəfləri sırasında Mərkəzi Asiyanın geosiyasi məkanında dayanıqlı mövqe tutmaq yer alır. Həmin məqsədlərə çatmaq üçün Xəzər dənizinin qərb sahilindəki siyasi sabitlik məkanına müraciət etmək məcburi xarakter daşıyır. Görüş əsnasında aparılan fikir mübadiləsi təsdiq edir ki, Mərkəzi Asiya regionunun gələcək siyasi dizaynı xarici qüvvələrin, xüsusilə də Uzaq Şərq dövlətlərinin fəal iştirakı vasitəsilə formalaşır.

Dünyanın qlobal rəqabət meydanına çevrildiyi dönəmdə fərqli regionlarda müşahidə edilən siyasi qütbləşmə prosesi təşkilatlanmış tərəfdaşlıq modellərinin aktuallığını dəfələrlə artırıb. Koreya diplomatiyasının C6 platformasına göstərdiyi maraq yalnız ticarət dövriyyəsinin artırılması istəyi ilə izah oluna bilməz. Əsas məqsəd Mərkəzi Asiyanın geosiyasi məkanında dayanıqlı, güclü, həmçinin uzunmüddətli əsaslara söykənən siyasi təsir dairəsi formalaşdırmaqdan ibarətdir. Məlum xarici siyasət strategiyasında Cənubi Qafqaz regionunun, xüsusən Azərbaycanın iştirakı, sadəcə, texniki zərurət kimi qəbul edilmir, tam əksinə, siyasi fundament olaraq qiymətləndirilir. Mərkəzi Asiya regionunun inkişaf perspektivləri nəqliyyat marşrutlarının, xarici bazarlara çıxış imkanlarının təhlükəsizlik səviyyəsindən asılıdır. Rəsmi Bakı Avrasiyanın mərkəzində sabitlik adası funksiyasını yerinə yetirməklə sözügedən imkanların real zəminə keçməsini təmin edir. Müzakirələrə cəlb edilən məsələlər siyasi sferada qəbul ediləcək qərarların Asiya ölkələri ilə Avropa arasında yaranacaq inteqrasiya proseslərinə necə güclü təsir edəcəyini göstərir. İqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, yüksək texnologiyalar, təhsil sahələrindəki əməkdaşlıqlar yekun nəticədə dövlətlərin qarşılıqlı etimad əsasında güclənməsinə xidmət edir. Tərəflər arasında yaranan etimad siyasi müttəfiqliyin təməl prinsipidir.

Dövlətlərarası münasibətlərin arxitekturasını gücləndirən əsas amillərdən digəri institusional mexanizmlərin mövcudluğudur. Danışıqlar zamanı Azərbaycan Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın, həmçinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin vacibliyi xüsusi qeyd olunub. Tərəflər arasında fəaliyyət göstərən idarəetmə orqanı dövlətlərarası sənədlərin, sazişlərin reallaşdırılmasına nəzarət edən ən ali icraçı institutdur. Hökumətlərarası formatda fəaliyyət göstərən belə təsisatlar ölkələrin qlobal siyasi arenadakı qarşılıqlı addımlarını koordinasiya edir. Qeyd olunan komissiyanın əhəmiyyəti iki dövlət arasındakı tərəfdaşlıq strategiyalarının vahid mərkəzdən idarə edilməsindədir. Xarici İşlər nazirlikləri səviyyəsindəki siyasi məsləhətləşmələr beynəlxalq təşkilatlar daxilində atılacaq addımların əvvəlcədən müəyyənləşdirilməsinə xidmət edir.

Dövlətlərarası münasibətlərin tarixi təsdiq edir ki, zaman amili siyasi əlaqələrin sınaqdan keçməsində həlledici meyardır. 2027-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyi qeyd olunacaq. Bu dövr beynəlxalq hüquq subyektləri arasındakı təmasların tam yetkinləşməsi, strateji hədəflərin dərk edilməsi üçün yetərli zaman kəsiyi hesab edilir. Diplomatik əlaqələrin inkişaf xronologiyası onu deməyə əsas verir ki, rəsmi Bakı ilə Seul bütün qlobal kataklizmlərə baxmayaraq, qarşılıqlı hörmətə söykənən konstruktiv münasibətləri qorumağı bacarıb. Uzun illər ərzində tərəflər arasında imzalanan çoxsaylı beynəlxalq sənədlər iki qitə arasında yaranan etimad mühitinin hüquqi bazasını təşkil edir. Asiya dövlətlərinin beynəlxalq sistemə inteqrasiyası fonunda həmin dövr ərzində yaranan təcrübə çox vacibdir. Xarici İşlər nazirlikləri səviyyəsində həyata keçirilən davamlı təmaslar yubiley ərəfəsində siyasi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Hökumətlərarası komissiyanın müzakirə etdiyi sahələrin böyük qismi uzunmüddətli strateji maraqları qorumaq məqsədi daşıyır. Qeyd olunan idarəetmə institutu, eyni zamanda, xarici siyasət qurumlarının ardıcıl təmasları qlobal miqyasda mühüm çəkiyə malik diplomatik məktəblərin mükəmməl dialoqudur. Bəhs edilən dialoq mühiti qlobal güc rəqabətinin kəskinləşdiyi dövrlərdə ölkələrin zərər çəkməməsi üçün qoruyucu siyasi alət kimi çıxış edir. Yaradılmış inam sistemi bütün regional riskləri müvəffəqiyyətlə dəf edərək davamlı olaraq möhkəmlənib. Gedişatlar göstərir ki, xarici siyasət xəttinin Asiya vektoru qlobal geosiyasi proseslərdə xüsusi dominant mövqe qazanır. Rəsmi Bakı regional dövlətləri müştərək platformaya cəlb etməklə qlobal dialoqun istiqamətini dəyişməyə müvəffəq olub. Regional siyasətin arxitekturasında baş verən dəyişiklikləri izləyərkən Mərkəzi Asiyanın yalnız Şərqlə Qərbi yox, həm də qlobal Şimalla qlobal Cənubu birləşdirən vacib əlaqə olduğu aşkara çıxır. Proseslər Asiya dövlətlərini regional təcriddən xilas edərək qlobal iqtisadi-siyasi münasibətlərin fəal tərkib hissəsinə çevirir. Koreya hökumətinin xüsusi diqqət ayırdığı əməkdaşlıq formatları da məhz sözügedən təcrid risklərinin neytrallaşdırılmasına xidmət edir. Görüşdə nümayiş etdirilən diplomatik məharət tərəflərin olduqca praqmatik yanaşma tərzi sərgilədiyini bütün aydınlığı ilə ortaya qoyur. Nəticə etibarı ilə Asiyanın müxtəlif qütblərində yerləşən güc mərkəzləri Avrasiyanın təhlükəsizlik, həmçinin inkişaf paradiqmalarını bilavasitə Xəzər dənizinin qərb sahilindən idarə etməyin effektivliyinə tam şəkildə əmindirlər. Qlobal əməkdaşlıq xəttinin davamlı xarakter alması, institutlararası təmasların dərinləşməsi beynəlxalq siyasətin ali məramına xidmət edən vacib amillərdir.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri