Icma.az
close
up
RU
Şevçenko dövlətə xəyanətdə ittiham olunur

Şevçenko dövlətə xəyanətdə ittiham olunur

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynada diktatura və qanunsuzluqdan danışan Ali Radanın deputatı Yevgeni Şevçenko dövlətə xəyanətdə ittiham olunub.

Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun Teleqram kanalı məlumat yayıb.

Departament deputatın ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə xələl gətirdiyini bildirib.

“Hərtərəfli psixoloji, linqvistik və hərbi ekspertiza ilə təsdiqləndiyi kimi, deputat Rusiyanın tammiqyaslı işğalı başlamazdan əvvəl Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə zərbə vurmağa başlayıb. Belə ki, o, 2021-ci ildə Belarus Respublikası ərazisindən Ukraynaya genişmiqyaslı işğal təhlükəsinin olmaması barədə yalan məlumat yayıb”, - deyə rəsmi məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Noyabr 2024 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri