Icma.az
close
up
RU
Sevda Ələkbərzadə dələduz icra başçısını biabır etdi “Atamın da üzünə belə durub bu “kişilər”

Sevda Ələkbərzadə dələduz icra başçısını biabır etdi “Atamın da üzünə belə durub bu “kişilər”

Icma.az, Shownews portalına istinadən məlumat verir.

Sevda deyib ki, babası, Xalq yazıçısı Əblühəsən Ələkbərzadəyə ev muzeyi hazırlatmaq üçün aldığı torpaq qanunsuz şəkildə başqasına satılıb:

“Məni aldatdılar. Babam üçün ev muzeyi istəyirdim. Bunu da öz gücümlə edə bilməzdim. Basqala üz tutdum, 15-20 ilin söhbətidir. Məndən pul istədilər. Mən də yığdım, 2000 manat idi, ödədim. Mənə kağızlar verdilər. O işdən başım çıxmadığı üçün, kağızı götürdüm, dedim çox sağ olun, getdim. İmkanım olmadı orada ev tikməyə, torpağımdır da qalıb, deyə düşündüm. İllər keçdi, gördüm ki, o yeri kiməsə satıblar, orada ev tikiblər. Demə, mənə verilən kağızlar da düz deyilmiş. İndi deyirəm, utansın. Onda İsmayıllının icra başçısı məni qəbul etdi, getdim dedim ki, məni aldadıblar. İndi başa düşürəm ki, atamın üzünə yalandan durub şər atan, dırnaq arasında 16 kişi belə edibmiş. Bizi qəbul etdi, dedi ki, kim aldadıb. Söylədim ki, qarşımda oturan şəxs. İnanmazsınız, atam yaşımda olardı, Basqaldan idi, durdu, üzü də qıpqırmızı idi, dedi ki, mənə pul verilməyib, yalan deyir. Ona baxdım, dedim ki, indi başa düşürəm, atama necə şər atıb, orada otuzdurub üzünə durdular, sizin kimi adamlar onu edib. Mən küsdüm, o torpağın dalınca getmədim. İllər sonra mənə Cənab Prezident Bakıda ev bağışladı. Onda İsmayıllıdan zəng gəldi ki, Sevda xanım, niyə torpağın üstünə düşmədiniz? Dedim ki, çünki küsdüm. Basqaldan görkəmli insanlar çox çıxmayıb. Onu özüm üçün istəmirdim. Azərbaycanın Xalq yazıçısı, ilk Sovet romanının banisi, indiki yazıçılara örnək, məktəb, dəstək olan babam... İndiyə qədər müharibə haqqında yazan ilk və yeganə yazıçıdır ki, epopeya yazıb. Ondan sonra yazılmayıb. Universitetlərdə Əbülhəsənlə bağlı doktorantura yazıları yazılırdı, imtahanlar verilirdi. O, elə-belə yazıçı deyil. Azərbaycan Yazıçılar birliyində girişdə birinci mənim babamın portreti asılıb. Ayıb deyil? Mən küsdüm o işin dalınca getmədim. Bəlkə kimsə deyərdi ki, niyə getmədin, sənin torpağın idi və sairə. Mən istəmirəm o torpağı, lazım deyil. Allah görsün. Siz onu mənə qarşı yox, o kişiyə qarşı etdiniz. Babamın vəfat etmədən öncə yazısı var idi. Yeri Fəxri xiyabanın birinci sırasında idi. Lakin vəsiyyət etmişdi ki, məni Basqalda, anamın yanında, üzü dağlara qarşı dəfn edin. O, torpağını belə sevirdi. Siz bunu kimə qarşı etdiniz? Niyə kiminsə qapısını döyməliyəm ki, ev muzeyi edin? Düzdü, yubileyi olanda döydüm. Bu insanın nəvəsi, uşaqları olmasaydı, yaddan çıxacaqdı? Dövr dəyişib. Nə olsun ki? Axı bu insan nəhəng yazıçıdır. Deməli, bir insanın övladları olmasa, unudulmalıdır? Onun yaşadığı evə lövhə istəməmişəm. Mədəniyyət Nazirliyinə zəng etdim, mənə o qədər şey dedilər ki, bunları etmək lazımdır və sairə. Getdim, özüm etdim. Atam olduğu üçün demirəm, onu oxuyanda başa düşürsən ki, bu necə gözəl yazıçıdır. Haqq-ədalət sevən insanam. Yenə də mən arxasınca getdim, mən etdim. Bunları mənmi etməliyəm? Söhbət o deyil ki, lövhə asılıb, ya yox. Düzü İsmayıllıda babamın adına küçə var. Hərçənd ki, məni təəccübləndirir ki, niyə Bakıda onun adına küçə yoxdur? Valideyn üçün ən böyük fəxr onun övladı və onun yolunu davam etdirməsidir. Bu gün Sevda Ələkbərzadə deyiləndə, avtomatik olaraq orada Çingiz Ələkbərzadə də var, Əbülhəsən Ələkbərzadə də. Mən də sənətlə məşğul oluram. Yazıçı deyiləm, bu da onun bir qoludur. Mən də bunun öhdəsindən yaxşı gəlirəmsə, başlarını uca edirəmsə, onlar üçün bundan böyük fəxr ola bilməz”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://shownews.az
archiveBu xəbər 04 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri