Sevda Sanəliyeva kosmetoloqdan şikayətləndi: “Aldanmayın“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Sevda Sanəliyeva üz prosedurları ilə bağlı müraciət etdiyi kosmetoloqun qiymət siyasətindən narazı qaldığını açıqlayıb.
Moderator.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərini diqqətli olmağa çağırıb.
Sevda Sanəliyevanın sözlərinə görə, eyni prosedur üçün fərqli platformalardan yazdıqda ona müxtəlif qiymətlər təklif olunub. Müğənni bunu yoxlamaq məqsədilə həm instaqram, həm də vatsap üzərindən müraciət etdiyini bildirib.
Sənətçi paylaşımında bunları qeyd edib:
"Dodaq proseduru üçün instaqram və vatsapdan yazmışam. Deyirlər ki, Sevda xanım, 300 manatdır, amma sizin üçün 200 manata edərik. İnstaqramdan yazdığımda isə cavab veriblər ki, 200 manata edirik, sizə 180 manat. Diqqətli olun, əziz izləyicilər, bunlara bir neçə nömrədən yazın".
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi xidmət sahəsində fərqli müştərilərə müxtəlif qiymətlərin təklif edilməsini tənqid edərkən, digərləri bunun kampaniya və ya endirim siyasəti ilə bağlı ola biləcəyini bildirib.
Sevda Sanəliyeva isə paylaşımı ilə vətəndaşları xidmət almadan əvvəl qiymətləri müxtəlif mənbələrdən dəqiqləşdirməyə və ehtiyatlı olmağa çağırıb. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 10 İyun 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















