Sevərik bir birimizi dodaqlarımızla... Fransız şairdən sevgi şeirləri
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün fransız yazıçı, şair Stefan Malarmenin anım günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
Əgər istəsən, sevərik bir-birimizi,
Heç nə danışmadan, dodaqlarımızla...
Bu qızılgülün yerini dəyişmə,
Qoy daha dərin bir səssizlik olsun.
Mahnılar heç vaxt tələsik oxunmaz,
Gülüşün parıltısını itirməmək üçün...
Əgər istəsən, sevərik bir-birimizi,
Heç nə danışmadan, dodaqlarımızla.
Dairələrin ortasında dilsiz-ağızsız,
Padşah qırmızısı içində bir pəri kimi,
Alovlu bir öpüş parçalanır qanadların ucunadək,
Əgər istəsən, sevərik bir-birimizi...
***
Dua edərkən özü ilə danışan dizlərindən öpürəm,
Açıq dənizi sakitləşdirmək istəyən ayaqlarından öpürəm...
Başımı sənin gözəl bədəninə söykəyib...
Tövbə paltarımda günahım üçün ağlamaq istəyirəm...
Orada, mənim əziz müqəddəsim,
Qaranlıq uçurumun və sərhədsizliyin unutqanlığında,
Canlı və təzə ətirlərlə məst olaraq,
Uzun ilahimi asta-asta oxuyub qurtaranda,
Əzabım sənin sağlam bədənində sakitləşəcək...
Rus dilindən sətri tərcümə: Aydan Ağayeva
Yazmaq sevinci - Rey Bredberinin essesi Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik "Namazov" filminin treyleri yayımlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Sentyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















