Sevgili olduqlarını təsdiqlədi FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Taşacak bu deniz" serialının aktyorları Ali Önerlə Zeynep Atılqanın sevgili olduğu təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu barədə aktyor özü paylaşım edərək Zeyneplə sevgili olduqlarını etiraf edib.
"Həyatıma daxil olmuş heç kimin haqqını dana bilmərəm. Yaşanmışların bir haqqı, verilən əməyin bir dəyəri var.
Bir şey bitəndə geridə qalan hər şey dəyərsizləşmir. Həyatımda uzun müddət yer tutmuş bir münasibət, Zeyneplə aramızda yaxınlıq başlamazdan əvvəl sona çatmışdı. Bunu kimisə incitmək üçün deyil, yarım qalan bir həqiqəti tamamlamaq üçün deyirəm.
Zeyneplə aramızdakı hiss də düşünüldüyü kimi keçmişdən gələn, gizlədilən bir şey deyil. Eyni çəkiliş meydançasında, yorğunluğun və əməyin içində zamanla bir-birimizi tanıdıq. Əvvəlcə etibar yarandı. Sonra isə insanın adını dərhal qoya bilmədiyi, amma qəlbində yer açan bir yaxınlıq. Bizim münasibətimiz səs-küylə deyil, zamanla, sakitcə və öz-özünə yarandı. Yaşadıqlarımızı öz əlimizdə saxlamağa çalışdıq.
Bu gün heç kimin daha çox üzülməsini istəmirəm. Nə keçmişimdə yeri olan insanın, nə bu gün yanımda olan insanın, nə də bizi sevənlərin. Mən həmişə keçmişi unutmayan, verilən əməyi qiymətləndirən və bacardığı qədər doğru qalmağa çalışan biri olmağa çalışdım. Qalanını zamanın daha doğru izah edəcəyinə inanıram" deyə, aktyor yazıb.
Qeyd edək ki, bir müddət əvvəl "Gökhan" obrazını canlandıran Alinin eks-nişanlısı Livanur Aydına serialda "Fadime"ni ifa edən Zeyneplə xəyanət etdiyi ortaya çıxıb. (axşam.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 08 İyun 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















