Sevgililər Günündə təcili yardımdan tort istədi KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Muğla vilayətində 14 fevral Sevgililər Günü münasibətilə baş verən gülməli, amma ciddi nəticələnən hadisə sosial medianın diqqətini çəkib.
KONKRET.az xəbər verir ki, şəhərin 112 Təcili Yardım Çağrı Mərkəzinə zəng edən kişi, təcili yardım üçün deyil, sadəcə pasta sifariş etmək istəyib.
Bu səbəbdən ona 1 882 lirə (73 manat) cərimə kəsilib.
Adı açıqlanmayan şəxslə təcili yardım işçisi arasında belə bir dialoq olub:
– 112 Təcili Yardım Mərkəzi, buyurun.
– Biz sevgilimlə çox xoşbəxtik. 112 bizə kömək edə bilərmi? Yaxud xoşbəxtliyimizə bir qatqısı ola bilərmi?
– Sizin xoşbəxtliyinizə necə bir qatqı verə bilərik, bəy?
– Nə bilim, bir pasta göndərə, bir şeylər göndərə bilərsiniz. Yəni bilmirəm.
– Siz təcili yardıma ehtiyacı olan vəziyyətdəsiniz, bəy?
– Yoooox.
– Xahiş edirik, 112 təcili çağrı xəttini lazımsız zənglərlə məşğul etməyin. Təcili yardıma ehtiyacınız olmadığı üçün zəngi sonlandırıram.
112 Təcili Yardım Xidməti yayımladığı açıqlamada qeyd edib ki, “Eşq gözəldir, amma 112 acil çağrı ciddi bir işdir. Bəzi ürək çırpıntıları üçün 112 aranmaz”, – xəbərdarlığı ilə paylaşımını bitirib.
Hadisə sosial şəbəkələrdə həm əyləncəli, həm də maarifləndirici paylaşım kimi gündəmə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 Fevral 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















