Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Sevgilisi həlak oldu, kirayədə yaşadı Kianu Rivz niyə metrodan istifadə edir?

Sevgilisi həlak oldu, kirayədə yaşadı Kianu Rivz niyə metrodan istifadə edir?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün məşhur kanadalı aktyor Kianu Rivzin doğum günüdür.
Kulis.az onun həyat və yaradıcılığına dair maraqlı faktları təqdim edir.


Kianu Rivz Hollivud şöhrətinin kölgəsində belə sadəliyini itirməyən, şəxsi ağrılarını xeyirxahlığa çevirən unikal simadır.
“Kianu” kəlməsi havay dilində "dağlar üzərindən əsən sərin külək" mənasını verir.
Rivz Beyrutda doğulub. Anası ingilis, atası isə Çin, Havay və ingilis əsilli olan bu çoxmədəniyyətli aktyor, gəncliyini keçirdiyi Torontonu öz evi sayır və özünü Kanada vətəndaşı hesab edir.
Məktəb illərində disleksiya səbəbindən bir neçə məktəb dəyişməsinə baxmayaraq, təsviri sənətə, Şekspir daxil olmaqla klassik ədəbiyyata böyük həvəs göstərən Kianu, gənc yaşlarında buz hokkeyində "Divar" ləqəbli uğurlu bir qapıçı kimi peşəkar idmançı olmaq xəyalı qururdu.
Lakin taleyini kinoya bağlayan aktyor, 90-cı illərdə parallel olaraq "Dogstar" rok qrupunda bas-gitara ifa edərək musiqi dünyasına da qədəm qoydu.

Onun karyera yüksəlişi böyük şəxsi faciələrlə paralel irəlilədi.
1993-cü ildə ən yaxın dostu River Finiksin erkən vəfatı, 1999-cu ildə övladının ölü doğulması və 2001-ci ildə sevgilisi Cennifer Saymın avtoqəzada həlak olması aktyorda dərin izlər buraxdı.
Uun illər ev almayıb otellərdə və kirayələrdə yaşayan, ilk mənzilini yalnız 40 yaşında əldə edən Rivz, bacısının leykemiya ilə mübarizəsi fonunda gizli xərçəng fonduna milyonlar bağışlayaraq böyük bir xeyriyyəçiyə çevrildi.
Eyni zamanda "Şeytanın vəkili" ("The Devil's Advocate") filmində Al Paçinonun dəvət olunması üçün öz qonorarından imtina edən, "The Matrix" gəlirinin böyük hissəsini vizual effektlər komandasına paylayıb, tryuk heyətinə bahalı "Harley-Davidson" motosikletləri hədiyyə edən aktyor, bu heyrətamiz təvazökarlığı ilə seçildi.

Motosiklet sevgisini "ARCH Motorcycle" brendini təsis edərək peşəkar müstəviyə daşıyan Kianu, həm də "Ode to Happiness" adlı illüstrasiyalı şeir kitabının müəllifi və 2013-cü ildə "Man of Tai Chi" filminin rejissorudur.


"Cyberpunk 2077" oyununda Conni Silverhend obrazına həyat verən sənətçi, "The Matrix" və "John Wick" layihələrində peşəkar atıcılıq təlimləri keçərək döyüş səhnələrinin 90%-dən çoxunu şəxsən icra edir.
Milyonçu olmasına baxmayaraq Nyu-York metrosundan istifadə edən, ad günlərini sadə kafelərdə təkbaşına kofe içərək qeyd edən və parkda sendviç yeyərkən çəkilən fotosu ilə məşhur "Məyus Kianu" meyminə çevrilən aktyor, küçədə azad gəzərək pərəstişkarları ilə saatlarla söhbət edir.
Nyu-York metrosundan niyə istifadə etməsi soruşulduqda, o, uşaqlıqdan metroya alışdığını qeyd edib: “Nyu-Yorkda metro həqiqətən çox rahatdır. Mən balaca uşaq olandan metroya minirəm. Ona görə də bəzi günlər bu, şəhərdə hərəkət etmək üçün sadəcə ən ağıllı və rahat yoldur”.


Məhz bu səmimiyyətinə görə internet dünyasının "ən təmiz qəlbli cəngavəri" sayılan Kianu Rivz, kinematoqrafiyanın ən unikal siması olaraq qalmaqdadır.

Uşaq və inanc - Nəcib Məhfuzun hekayəsi Heyif - Aleksandr Soljenitsının hekayəsi “Fotoqrafiya sənəti” üzrə tədris proqramı - Azərbaycanda ilk dəfə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Sentyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see291

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see277

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see261

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see258

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see257

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see251

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see247

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see240

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see239

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see237

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see237

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see219

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see216

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see214

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see201

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see201

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see199

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri