Icma.az
close
up
RU
Sevgilisi ilə birgə ərini öldürmüşdü: Hakim qarşısına çıxdılar VİDEO

Sevgilisi ilə birgə ərini öldürmüşdü: Hakim qarşısına çıxdılar VİDEO

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın CM-nin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah edilib.
Daha sonra Zahir Soltanov sərbəst ifadə verib. O bildirib ki, Zabrat qəsəbəsində yaşayıb:

"Avqustun 8-də İkram Piriyev WhatsApp tətbiqi ilə mənə nalayiq ifadələr yazdı. Bundan əsəbiləşərək dostlarımdan ayrılıb evə qayıtdım. Qonşum məni görərək, öz evinə çağırdı. Aramızda mübahisə yarandı. Üzərimdəki bıçaqla ilk xəsarəti yetirəndən sonra, ona xatırlamadığım sayda zərbələr endirdim. Yaralanan şəxs zala çıxaraq, döşəməyə yıxılıb hərəkətsiz qaldı. Cinayətin izini gizlətməkdən ötrü mərhumun mobil telefonunda olan axırıncı yazışmalarını sildim. Ordan çıxaraq, öz evimə getdim. Bıçağı mətbəx otağına atıb paltarlarımı dəyişdim. Sonra Leylanın ağlamaq səsini eşidib çölə çıxanda, ona dedim ki, yaxınlıqda yaşayan öz anasını çağırsın. Anası gələndən sonra 102 xidmətinə zəng edib məlumat verdik. Bundan sonra 15-ci polis şöbəsində törətdiyim cinayəti etiraf etdim". 
İfadəsinin davamında Zahir Soltanov göstərib ki, İkramın onu söyməsinə səbəb, onun Leyla ilə münasibətdə olması olub:

"Belə ki, təxminən 5-6 ay əvvəl İkram arvadının mobil telefonunda yazışmamızı görüb. Hətta bir dəfə evimə gələrək, mənimlə mübahisə edib. Bundan başqa, küçədə hər dəfə məni görəndə təhqir edirdi. Hər dəfə Leyla ilə yazışanda, İkramı gec-tez öldürəcəyimi deyirdim. Qadın isə buna etiraz edirdi. Leyla ilə 2024-cü ilin noyabr ayından yaxın münasibətdəyik. Leyla İkramla boşanmaq istəsə də, əri razılaşmırdı".
Məhkəmənni növbəti iclası yanvarın 15-nə təyin edilib.
2025-ci il avqustun 9-da DİN məlumat yayıb ki, 29 yaşlı İkram Piriyev Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilib. 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində 2005-ci il təvəllüdlü Zahir Soltanov saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri