Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
Icma.az, Publika.az saytına istinadən bildirir.
"Beniz" ləqəbli məşhur tiktoker həbs olunub.
Publika.az "Unikal"a istinadla xəbər verir ki, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Noyabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















