Icma.az
close
up
RU
Sevgilisini öldürərək basdıran şəxslə bağlı QƏRAR

Sevgilisini öldürərək basdıran şəxslə bağlı QƏRAR

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə qadını qətlə yetirməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Asif Manafovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttiham aktında qeyd edilib ki, təqsirləndirilən şəxs 2016-cı ilin noyabr ayından mobil telefon vasitəsilə Ağsu şəhər sakini, 1999-cu il təvəllüdlü A.Qəhrəmanova ilə tanış olub. Sonradan onların arasında sevgi münasibətləri yaranıb.

O, 27 yanvar 2017-ci il tarixdə mobil telefonla A.Qəhrəmanova ilə əlaqə saxlayaraq görüşmək istəyini bildirib. Qadın da bu təkliflə razılaşdıqdan sonra həmin gün saat 22 radələrində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin VAZ-2107 avtomobili ilə A.Qəhrəmanovanı onun yaşadığı evin yaxınlığına götürüb. Asif qadını tanışının nəzarətçi işlədiyi həyət evinə gətirib, əvvəlcədən aldığı şərabı onunla birlikdə içdikdən sonra yataq otağına keçiblər.

Həmin vaxt aralarında olan söhbət zamanı A.Qəhrəmanova bəkarətinin pozulduğunu, artıq yaşadığı evinə gedə bilməyəcəyini, onunla ailə həyatı qurmaq məcburiyyətində olduğunu, bunun üçün də onu öz evinə arvadı kimi aparması istəyini deyib. Asif yüngül əxlaqlı həyat tərzi yaşayan biri kimi təsəvvür etdiyi qadının ona ailə qurmaq, arvadı olaraq onu qəbul etmək kimi tələblərini özünün qohum-tanışları arasında rüsvay olması və şəxsiyyətinin alçalması kimi qəbul edib. Bununla bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Daha sonra Asif həmin evin mətbəx otağından istintaqla əldə edilməsi mümkün olmayan kəsici-deşici aləti götürərək əynində olan şalvarın kəmərinin altında gizlədib, heç kimin ondan şübhələnməməsi üçün qadını kimsəsiz yerə apararaq öldürmək qərarına gəlib. O, A.Qəhrəmanovaya yalandan onu evlənmək niyyəti olduğundan öz xalasının evinə aparacağını deyib, 28 yanvar 2017-ci il tarixdə, gecə saat bir radələrində birlikdə evdən çıxaraq piyada Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığı istiqamətinə, daha sonra isə xalasıgilə kəsmə yolla getmək adı ilə aparıb. Asif qadını aldadaraq qəbiristanlığın içərisinə aparıb, ətrafda heç kimin olmadığına əminlikdən sonra bıçağı çıxararaq onun sinə nahiyəsinə bir dəfə vurub. Həmin vaxt A.Qəhrəmanova qaçmaq istəyib. Bu zaman o, qadına fiziki zor tətbiq edərək yerə yıxmaqla müqavimət göstərməsinin qarşısını alıb və bıçaqla yenidən boğaz nahiyəsinə bir dəfə, döş qəfəsi nahiyəsinə üç dəfə və sağ ayağın dizdən aşağı nahiyəsinin arxa hissəsinə dörd dəfə vurmaqla ümumilikdə ən azı doqquz dəfə kəsici-deşici alət xəsarətləri yetirərək qadını qəsdən öldürüb.

Asif törətdiyi cinayəti gizlətmək məqsədilə hadisədən dərhal sonra tanışı Bilal Vəliyevə zəng edərək A.Qəhrəmanovanı öldürdüyü barədə məlumat verib, onu olduğu yerə çağırıb. Bilal qəbiristanlığa gəldikdən sonra birlikdə qadının meyitinin üzərini kol və digər əşyalarla örtərək ərazidə gizlədib. Onlar sonra oradan uzaqlaşıb yaşadığı evə qayıdıb.

Daha sonra həmin gün Bilal Asifin atası Arif Manafova oğlunun törədilmiş cinayət əməli barədə məlumat verib. Hər üçü birlikdə A.Qəhrəmanovanın meyitini gecə saatlarında olduğu yerdən götürüb başqa əraziyə apararaq kimsənin aşkar edə bilməyəcəyi sahədə qazıb basdırmaqla bağlı razılığa gəliblər. 28 yanvar 2017-ci il tarixdə, saat 22 radələrində o, Bilalla Arifin idarə etdiyi VAZ-2107 avtomobili ilə Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığına gəlib A.Qəhrəmanovanın meyitini götürərək maşının arxa oturacağına yerləşdiriblər. Sonra onlar Ağsu rayonunun İlxıçı bələdiyyəsi ərazisindən keçən Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə aparıblar. Onlar orada meyiti Bilalın köməyi ilə avtomobildən düşürərək qazdıqları quyuda basdırıblar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Manafov 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bilal Vəliyev və Arif Manafovun cinayəti ayrıca icraata götürülüb. Ağsu Rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar onlara cəza təyin edilməyib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri