Icma.az
close
up
RU
Sevgilisinin azyaşlı övladını işgəncə ilə öldürdü Bakıda DƏHŞƏTLİ HADİSƏ

Sevgilisinin azyaşlı övladını işgəncə ilə öldürdü Bakıda DƏHŞƏTLİ HADİSƏ

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Yaşar Abbasovun bibisi şahid qismində ifadə verib.

O bildirib ki, qardaşı oğlu ona gecə saat ikidə zəng edərək tanışı olan qadının və övladının kirayədə qaldıqları evdən çıxarıldıqları barədə məlumat verib, buna görə də onlara gəlmək istədiklərini deyib.

"Səhərə yaxın gəldilər, onlara yer düzəltdim. Onlar qaldılar, mən getdim işə. Yaşara zəng edib dedim ki, yemək var soyuducuda, ver onlara. Uşağın ölümünü sonra eşitmişəm".

Şahidin bu ifadəsinə zərərçəkən İpək Əhmədovanın etirazı tərəflər arasında mübahisəyə səbəb olub. Buna görə də zərərçəkən hakimin göstərişi ilə məhkəmə zalından çıxarılıb.

Növbəti şahid Abdulla Abbasov isə Yaşar Abbasovla əvvəllər birgə həbsxanada olduğunu deyib. O, ifadəsində qeyd edib ki, hadisədən bir gün əvvəl İpək övladı ilə onlara gələrək qəzaya düşdüklərini, Yaşarın xəstəxanada reanimasiyada olduğunu deyib və gecələməyə yer istəyib:

"Axşam bizdə qaldılar. Sabah bildim ki, uşaq ölüb. Qəzada xəsarət aldığını dedi. Uşağın dəfn edilməsini istədi, mən isə bununla razılaşmayaraq təcili yardıma məlumat verdim".

Dövlət ittihamçısının: "Bu barədə polisə niyə məlumat vermədiniz?" - sualını isə şahid cavablandırmaqdan yayınıb. Bununla yanaşı, dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu vurğulayıb.

Zərərçəkən İpək Əhmədova isə şahidin yalan danışdığını deyərək onun uşağın ölümündən axşamdan xəbəri olduğunu deyib:

"Mən gecə onlarda uşağın öldüyünü görüb qışqırdım ki, Abdulla, uşaq rəhmətə gedib. Abdulla orada olan başqa dostu ilə birlikdə məni sakitləşdirərək səhəri gözləməyimi dedi".

Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova "narkotik vasitələrin qanunsuz istifadəsi" maddəsi ilə həbsdədir.

Yaşar Abbasov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə cinayət işi açılaraq toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri