Icma.az
close
up
RU
Sevgilisinin hamamda gizlənən ərini öldürdü Bakıda qız üstündə DƏHŞƏTLİ QƏTL

Sevgilisinin hamamda gizlənən ərini öldürdü Bakıda qız üstündə DƏHŞƏTLİ QƏTL

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il iyulun 30-da Bakının Suraxanı rayonunda qətl hadisəsi olur. Hüquq-mühafizə orqanları məlumat əsasında hadisə yerinə yollanır və məlum olur ki, cinayət Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində baş verib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1997-ci il təvəllüdlü Bəkir Qənbərovun bədənində 5 ədəd bıçaq yarası aşkar edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini 1997-ci il təvəllüdlü İmanverdi Quluzadə və Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Şahin Əhmədov saxlanılıblar. Məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Şahin Əhmədov Naxçıvan Hərbi Məhkəməsinin 2006-cı il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. 2011-ci ildə cəzasının sonu ilə əlaqədar azadlığa çıxıb.

Lent.az qətl hadisəsinin istintaq materillarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyulun 29-u saat 21 radələrində İmanverdi Quluzadə əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Səbinə Həsənovanın yaşadığı ünvana gəlib. Evin qarşısından “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yazdığı “qonaq qəbul edirsən” məzmunlu mesaja cavab olaraq, qadının “müsayit deyiləm” cavab verməsindən şübhələnərək, zorla onun evinə daxil olub. Həmin vaxt içəridə olan, əvvəllər tanımadığı Bəkir Qənbərovu görüb, şəxsiyyəti ilə maraqlananda, o, Səbinə Həsənovanın əri olduğunu bildirib. Bunu eşidən İmanverdi Quluzadə həmin ünvandan çıxıb, dostu Şahin Əhmədova bu barədə məlumat verib. Birlikdə kirayədə qaldıqları Nərimanov rayonu, Daşkarxanası küçəsində yerləşən evə qayıdıblar. Səbinə Həsənovaya zəng edib, başqa şəxslə yaşaması barədə ona məlumat verməməsinin səbəbi ilə maraqlanarkən aralarında mübahisə yaranıb. Ünvanına nalayiq ifadələr işlətdikdə Bəkir Qənbərov müdaxilə edərək, telefonu Səbinə Həsənovadan alıb və söhbətə aydınlıq gətirməsini tələb edib. Bir-birilərinin ünvanına söyüş söydükdən sonra Bəkir Qənbərovu qadının qarşısında alçaltmaq məqsədilə, saat 23 radələrində dostu ilə birlikdə Yeni Suraxanı qəsəbəsinə qayıdıb. Səbinə Həsənova həyətə çıxıb, gec olduğunu və qonşuların istirahət etdiklərini deyib, onları nizam-intizama dəvət etsə də, Şahin Əhmədov zor tətbiq edərək, əli ilə onu kənara itələyib və iradəsi ziddinə, içəri girib. Başı ilə Bəkir Qənbərovun üzünə zərbə vurub. Bəkir mətbəx bıçağı ilə Şahinin qarnına xəsarət yetirib. Şahin yaralı halda evdən küçəyə qaçıb. Bəkir əlində bıçaqla Şahini təqib edəndə, İmanverdi şalvarından cib bıçağını çıxarıb Bəkirin sinəsinə və qarnına çoxsaylı zərbələr endirib. Nəticədə Bəkir Qənbərov ölüb.


İş üzrə dindirilmiş İmanverdi Quluzadə bildirib ki, əvvəllər qeyri-rəsmi Səbinə Həsənova ilə yaşayıb, bir övladları dünyaya gəlib. İyulun 29-da görüntülü danışarkən qadın, uşağa paltar almaq üçün 30 manat pul lazım olduğunu deyib:

“Buna görə də axşam Yeni Suraxanı qəsəbəsinə getdim. Evin qarşısında olanda Səbinəyə “qonaq qəbul edib-etməməsi” haqda mesaj yazdım. Hasardan baxanda, evin içində olan naməlum şəxsin qaçaraq, hamama girdiyini gördüm. Həyətə keçdim. Qapını açan Səbinədən, evdə kişi olub-olmamasını soruşanda, qadın heç kimin olmadığını söylədi. Buna baxmayaraq, içəri girdim. Hamama yaxınlaşaraq, hər şeyi gördüyümü dedim və həmin şəxsdən çölə çıxmasını tələb etdim. Bəkir Qənbərov çölə çıxaraq, kim olduğumu soruşdu.

Bəkirə Səbinənin uşağının atası olduğumu dedim və onun burda nə etdiyini soruşdum. Bu məqamda Səbinə Bəkirlə evləndiyini bildirdi. Əsəbiləşərək, qadından niyə məni aldatdığını soruşdum. Amma Bəkir də Səbinənin sözlərini təsdiq edərək, evli olduqlarını dedi. Sonra evdən çıxıb Şahinlə birlikdə kirayə qaldığımız evə gəldim. Telefonumda kifayət qədər vəsait olmadığından Şahinin telefonu ilə Səbinəyə zəng edib ona söhbət etmək istədiyimi söylədim. Söhbətimizə müdaxilə edən Bəkirlə mübahisə etdim. Ona Səbinənin ikimizi də aldatdığını bildirdim. Bir neçə saatdan sonra Şahin və Anarla birlikdə Suraxanıya yollandım. Şahinlə Anar küçədə gözləyirdilər. Qapını açan Səbinə nə səbəbə görə gəldiyimi soruşdu. Qadına dedim ki, əvvəlcədən olanları mənə söyləməli idin, həmçinin ailəlidirsə, niyə ərinin evin qapısını açmadığını soruşdum. Həmin vaxt yaxınlaşan Şahin Bəkirə başqa yerdə söhbət etməli olduqlarını dedi. Cavab olaraq Bəkir evdən götürdüyü bıçaqla Şahini 2 dəfə vurdu. Qarnından yaralanan Şahin çölə qaçandan sonra Bəkir məni də öldürəcəyini bildirdi. Yumruqla zərbələr vurub, özümdən kənara itələyəndə, Bəkir qaçıb qonşunun həyətinə girdi. Arxasınca qaçaraq, üzərimdəki bıçaqla Qənbərova zərbələr vurdum. Sonra hadisə yerindən uzaqlaşdım”.

Anar İbrahimov Təcili tibbi yardıma zəng edərək iki nəfərin yaralanması haqda məlumat verib, amma olduqları ərazini operatora izah edə bilməyib.
Zərərçəkmiş Səbinə Həsənova ifadəsində göstərib ki, kirayə haqqının İmanverdi Quluzadə tərəfindən ödənilən yaşayış evində 2 uşağı ilə birlikdə qalıb:

“Bəkir Qənbərovla evləndiyimi heç kim bilmirdi, onunla hadisədən 1 ay əvvəl tanış olmuşduq. İyulun 29-da İmanverdi qəflətən evimizə daxil olandan sonra ona evləndiyimi dedim. Bu hadisə ana söyüşünə görə baş verdi. İmanverdi ilə Şahin gələnə qədər Bəkirdən bıçağı yerinə qoyması üçün ona yalvardım. Qarşı tərəf onunla dalaşmayana qədər Bəkir bıçaqdan istifadə etməyəcəyini söz vermişdi. Bəkirin Şahini bıçaqla vurmasını görmədim, lakin Şahinin ucadan ətrafda olanlara “məni bıçaqla vurdu, qaçın” söyləməsini eşitdim. Qonşunun həyətində İmanverdinin də Bəkirə bıçaqla zərbələr endirməsini görməmişəm”.


Məhkəmə iclasında İmanverdi Quluzadə verilmiş ittihamlardan özünü xuliqanlıq maddəsi ilə, Şahin Əhmədov isə ümümiyyətlə heç bir maddə ilə təqsirli bilməyiblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi Rübabə Qənbərova ifadəsində göstərib ki, oğlunu İmanverdi, Şahin, Anar və Səbinə birlikdə öldürüblər:

“Lakin Səbinə ilə Anar cinayət məsuliyyətinə cəlb olunmadılar. İbtidai istintaq düzgün aparılmayıb. Təqsirləndirilən şəxslərə ən ağır cəza təyin edilməsini xahiş edirəm”.
Şahid Qədir Ələkbərov ifadəsində göstərib ki, iyulun 29-da Namiq adlı iş yoldaşı ona zəng edərək, İmanverdinin adam bıçaqlaması barədə məlumat verib:

“Bundan sonra xəstəxanaya getdim. Oranın həyətində Şahini, həmçinin zərərçəkmiş tərəfin qohumlarını gördüm. Eşitdiyimə görə, Şahin Səbinəyə zəng edib İmanverdidən əl çəkməsini bildirəndə, Bəkir ona qarşı nalayiq ifadələr işlədib. Mübahisə də buna görə baş verib. Şahini öz avtomobilimlə aparıb polisə təhvil verdim”.


Şahid Nəsib Nəsibli ifadəsində göstərib ki, İmanverdidən başqa Səbinənin kirayədə qaldığı evə Bəkir də gəlib-gedib. Onun sözlərinə görə, hadisə günü məhəlləyə çatanda, qonşuların səs-küyə çölə çıxdıqlarını, Bəkirin yaralı halda yerdə uzandığını görüb.
Şahid Əliheydər Mejdunov bildirib ki, küçədən qışqırıq səsləri və Səbinə Həsənovanın aman diləyən yalvarışlarını eşidib:

“Çölə çıxan zaman İmanverdi Quluzadənin Bəkir Qənbərovun arxasınca həyətlərinə girib onu vurduğunu gördüm. Yaralanan Bəkir qanlı vəziyyətdə evimə daxil oldu. Ona xəstə uşağımın olduğunu bildirərək, hər ikisindən yaşayış sahəsindən çıxmalarını tələb etdim. Şahin Əhmədovu görmədim. Təcili yardım gəlmədiyindən qardaşı oğlu özünə məxsus avtomobillə Bəkiri xəstəxanaya apardı”.


Məhkəmə İmanverdi Quluzadə və Şahin Əhmədovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 157.2-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, ev sahibinin iradəsi ziddinə zor tətbiq etməklə mənzilə daxil olma) və 221.2.1-ci (xuliqanlıq, qrup halında və ya təkrar törədildikdə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edib.

Onların cəzadan azad olunması üçün əsaslar yoxdur. Hər birinə həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İmanverdi Quluzadə 17, Şahin Əhmədov 2 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see279

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see256

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see141

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see131

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see121

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see119

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri