Icma.az
close
up
RU
Sevgilisinin ifadəsi ortaya çıxdı

Sevgilisinin ifadəsi ortaya çıxdı

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbulun Kağıthane rayonunda evində ölü tapılan aktyor Serhat Kılıçın sevgilisi Özlem E.-nin polisə verdiyi ifadə ortaya çıxıb.

OLAY yazır ki, Özlem E. ifadəsində: “Sevgilim Serhat Mustafa Kılıç ilə təxminən 8 ildir birlikdəyik. Serhatla aramızda qısa müddətli incikliklər olurdu. Sentyabrın 3-də saat 11:00 radələrində çəkiliş var idi. Saat 11:45 radələrində Serhatın bu çəkilişə getmədiyini öyrəndim. Daha sonra Serhata zəng edərək niyə çəkilişə getmədiyini və hamının onun üçün narahat olduğunu dedim.

Serhat mənə boynundakı yırtıq səbəbindən özünü yaxşı hiss etmədiyini, ağrısının olduğunu, çoxlu dərman qəbul etdiyini, lakin ağrılarının davam etdiyini və çox əziyyət çəkdiyini söylədi. Meneceri ilə danışaraq çəkilişə niyə getmədiyi barədə məlumat verəcəyini deyərək danışığı yekunlaşdırdı.

Bir müddət sonra yenidən ona zəng edərək çəkilişə getmədiyi üçün məsuliyyətsiz davrandığını deyib iradımı bildirdim. Serhat isə xəstəliklə bağlı arayışının olduğunu və problem olmayacağını söyləyərək yenidən danışığı bitirdi.”

Özlem E. ifadəsinin davamında bildirib:

“Həmin gün saat 16:00 radələrində ağlamalı səs tonu ilə mənə zəng edərək çəkilişdən qovulduğunu, çox kədərləndiyini, nə etsə də ağrısının heç cür keçmədiyini və əhvalı pis olduğu üçün heç kimlə görüşmək istəmədiyini söyləyərək danışığı bitirdi.

Mən də onun kədərli olduğunu bildiyim üçün tək qalmasını və özünə gəlməsini istədim, buna görə üzərinə çox getməməyə çalışdım. Bu müddət ərzində həm zəng edərək, həm də mesaj yazaraq ona dəstək olmağa çalışdım. Lakin Serhat nə mesajlarıma, nə də zənglərimə heç bir şəkildə cavab vermədi.

Mən də onun tək qalmaq istədiyini və qəbul etdiyi dərmanların yuxululuq yaratdığını düşünərək çox zəng etməməyə çalışdım.

Nəhayət, bu gün, yəni sentyabrın 5-də saat 17:00 radələrində Serhata yenidən zəng etdikdə telefonunun bağlı olduğunu gördüm. Onun üçün narahat olduğum üçün Nurtepe məhəlləsində yerləşən evinə getdim.

Serhatın evinin ehtiyat açarı məndə olduğu üçün mənzilə birbaşa daxil oldum. Salonda yerləşən tək nəfərlik kresloda Serhatın əlləri sinəsinin üzərində, çılpaq vəziyyətdə oturduğunu gördüm.

Daha sonra Serhatın yatdığını düşünərək ona səsləndim və qolundan tutaraq silkələdim. Dərisinin soyuq olduğunu və heç bir reaksiya vermədiyini görərək nəsə baş verdiyini anladım. Əvvəlcə bacısı Sinem Kılıça zəng edərək vəziyyəti xəbər verdim, daha sonra dərhal 112-yə zəng edərək kömək istədim.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olay.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri