Icma.az
close
up
RU
Sevginin sonu? Hollivudun ən məşhur cütlüyü ilə bağlı qalmaqallı iddia

Sevginin sonu? Hollivudun ən məşhur cütlüyü ilə bağlı qalmaqallı iddia

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hollivud aktyorları Rayan Reynolds və Bleyk Layvli ətrafında boşanma ilə bağlı yeni şayiələr dolaşır.

Qaynarinfo xəbər verir ki, "Times Entertainment"in məlumatına görə, fanatlar məşhurların sosial şəbəkələrdəki "susqunluğunu" diqqətə alıblar. 25 avqustda Layvlinin 38 yaşı tamam olub, lakin bu dəfə Reynolds həyat yoldaşını açıq şəkildə təbrik etməyib. Halbuki, əvvəlki illərdə o, daim zarafatla qarışıq səmimi paylaşımlar edirdi.

İstifadəçilər həmçinin Reynoldsun səhifəsindən Layvli ilə şəkillərin silindiyini qeyd edirlər. Aktyorun həyat yoldaşı barədə son paylaşımı isə hələ 2024-cü ildə olub. Bu hal may ayında da müzakirə edilmişdi - o zaman Reynolds Layvlini Analar Günü münasibətilə təbrik etməmişdi.

Mövzuya populyar "Daily Dose of Dana" "YouTube" kanalı da diqqət ayırıb. Kanal müəllifi Reynoldsun "susqunluğuna" bütöv video həsr edərək, boşanma iddialarını daha da qızışdırıb. Bundan sonra sosial şəbəkələrdə ulduz cütlüyün ayrılığı barədə şərhlər sel kimi yayılıb.

Rəsmi açıqlamalar hələlik yoxdur. Lakin gərginlik Layvlinin rejissor və həmkarı Castin Baldoni ilə davam edən məhkəmə işi fonunda diqqət çəkir. Aktrisa onu təqib və peşəkar ayrı-seçkilikdə ittiham edir.

Rayan Reynolds və Bleyk Layvli 2010-cu ildə "Yaşıl fənər" filminin çəkiliş meydançasında tanış olublar. 2012-ci ildə isə Cənubi Karolinada keçirilən özəl mərasimdə evləniblər. Cütlük dörd övlad böyüdür və uzun müddət Hollivudun ən möhkəm ailələrindən biri hesab edilirdi. Onların sosial şəbəkələrdəki yumor dolu "trol" paylaşımları tez-tez gündəm olurdu.

Lakin 2025-ci ildə Layvlinin Castin Baldoni ilə məhkəmə çəkişməsi medianın diqqətini cütlüyün şəxsi həyatına daha da yönəldib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri