Sevil Əliyeva: 2017 ci ildən Bakıda, ata evimdə yaşayıram
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyevin qızı Sevil Əliyeva ona ünvanlanan təbrik və xoş arzulara görə təşəkkür edib, həmçinin 2017-ci ildən etibarən Bakıda yaşadığını açıqlayıb.
Hurriyyet.Media xəbər verir ki, Sevil Əliyeva bununla bağlı paylaşım edib.
O, paylaşımında ona göstərilən diqqətə, xoş sözlərə və səmimi arzulara görə hər kəsə minnətdarlığını bildirib:
"Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir."
Sevil Əliyeva uzun illər xaricdə yaşadığı üçün bir çox insanın hələ də onun Azərbaycandan kənarda olduğunu düşündüyünü qeyd edib və bu məsələyə aydınlıq gətirib:
"Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm."
Sonda o, hər kəsə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















