Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci ildə koronavirus pandemiyası səbəbilə Avropada iki yay festival-konsert mövsümünə qoyulan məhdudiyyətlərin ləğv edilməsindən sonra melomanlar arasında konsert turizminə maraq kəskin şəkildə artıb. Axı sevimli musiqini yeni şəhərlərlə tanışlıqla birləşdirməkdən daha yaxşı nə ola bilər ki? Buna bir neçə ildən sonra ilk dəfə olaraq Avropa konsert səhnələrinə çıxan Teylor Svift və Beyons kimi top pop ulduzlarının genişmiqyaslı dünya turları da kömək edib.

Qaynarinfo xəbər verir ki, nüfuzlu "National Geographic Traveler" jurnalı Avropanın ən musiqili altı şəhərinin siyahısını tərtib edib. Bu şəhərlərə melomanların yaxın gələcəkdə mütləq ziyarət etməsi tövsiyə olunur.

Sevilya, İspaniya - Flamenko


Mahnı, rəqs və musiqinin alovlu qarışığı şəhərin qaraçı icmalarından yaranmış və artıq uzun müddətdir ki, həm Sevilyanın, həm də ümumiyyətlə İspaniyanın simvoluna çevrilmişdir. Flamenkonun ispanlar üçün dəyəri o qədər yüksəkdir ki, 2010-cu ildə onu hətta UNESCO-nun qeyri-maddi dünya mədəni irsi siyahısına daxil etdilər. Sevilyada hər il Feria de Sevilla keçirilir - paradlar, ənənəvi geyimlər, xeres şərabı və bol miqdarda flamenko ilə Andalusiya mədəniyyətinin şahanə şənliyi. Növbəti festival 20-26 aprel 2026-cı ildə keçiriləcək.

Qoluey, İrlandiya - Folk


İrlandiyanın qərb sahilləri sanki alovlu skripka səsləri ilə doyub. Qoluey ənənəvi mədəniyyətin dayaq nöqtəsidir; burada şairlər, rəssamlar və musiqiçilər öz məharətlərini şəhərin səs-küylü barlarında və Atlantik okeanının duzlu havasına qərq olmuş qranit küçələrində mükəmməlləşdirmək üçün uzun müddətdir ki, yer tapıblar. Heyrətamiz deyil, çünki Qolueyin atmosferli pabları irland folk musiqiçilərini qəbul etmək və dəstəkləmək barədə qürurlu bir ənənəyə malikdirlər. Keçən həftə sonu şəhərdə Qoluey Folk Festivalının artıq dördüncü mövsümü başa çatdı. 

Stokholm, İsveç - Pop


Ace of Base, Roxette, The Cardigans (Kardiqanlar), Robyn və əlbəttə ki, ABBA – dünyada şöhrət qazanmış bəzi isveçli musiqiçilərdir. Onilliklər boyu Stokholm Avropa pop musiqisinin mərkəzi olub və indi pərəstişkarlar musiqi, teatr və rəqsin tarixi ilə gələcəyini araşdıran İsveç İfa Sənətləri Muzeyində şəhərin hit musiqi irsinə qərq ola bilərlər.

Vyana, Avstriya - Klassik


Əsrlər boyu musiqi Avstriya paytaxtının ürəyindən axır, çünki tarixin ən görkəmli virtüozlarından bəziləri – Motsartdan Haydnə, Bethovendən Ştrausa qədər – Vyanada yaşayıb yaradıblar. 2025-ci ildə Avstriya bəstəkar İohan Ştrausun doğumunun iki yüz illiyini qeyd edəcək və bu münasibətlə 25 oktyabrda Vyana Filarmoniyasında xüsusi konsert keçiriləcək.

Paris, Fransa - Caz


I Dünya müharibəsi zamanı şəhərdə yerləşdirilən amerikan qoşunları özləri ilə cazın ritmlərini gətirdilər. Sonrakı illərdə bu musiqi Parisin konsert səhnələrini fəth etdi və şəhərin səs mənzərəsinin bir hissəsinə çevrildi – bu günə qədər fransız paytaxtı köhnə məktəbin caz klubları ilə doludur. Bundan əlavə, şəhərdə avqust-sentyabr aylarında La-Villet parkında keçirilən Jazz a La Villette də daxil olmaqla, böyük caz festivalları təşkil olunur.

Berlin, Almaniya - Elektronika


Almaniyanın yenidən birləşməsinin bir səsi olsaydı, bu sintizatorlar və baraban maşınlarının səsi olardı. 1989-cu ildə Berlin Divarının dağılmasından sonra yeraltı elektron musiqi səhnəsi Qərbi və Şərqi Berlin sakinlərinə birləşmək imkanı təklif edib. O vaxtdan bəri şəhər Avropa elektron musiqisinin ürəyinə çevrildi və musiqi məkanları bütün şəhər boyunca tərk edilmiş binalarda meydana çıxdı. Bu il 12 iyulda Berlində "Rave the Planet" (Planeti Reyv Et) Paradı keçiriləcək ki, bu da reyv mədəniyyətini siyasi nümayişlə qarışdıracaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri