Icma.az
close
up
RU
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla KONKRET

Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, ictimai fəallar – Abid Qafarov və Beydulla Manafovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.az “Teleqraf”a istinadla xəbər verir ki, onların barəsində olan cinayət işi üzrə qiyabi ibtidai istintaq dekabrın 2-də tamamlanıb.

Təqsirləndirilən şəxslərə izah edilir ki, Cinayət Prosessual Məcəlləsinin 91, 284 və 285-ci maddəllərinə əsasən cinayət işinin materialları ilə ayrı-ayrılıqda və yaxud müdafiəçi ilə birlikdə tanış olmaq, digər prosessual hərəkətlərlə bağlı vəsatətlər vermək, özünün seçimi ilə müdafiəçi ilə təmsil olunmaq və digər hüquqlara malikdir.

Təqsirləndirilən şəxslər və onların vəkillərinə 9 dekabr 2025-ci il tarixdən etibarən cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şəriat yaradılacaqdır.

Həmçinin izah edilir ki, istintaqa gəlmədikləri halda Cinayət Prosessual Məcəlləsinin 467-13-cü maddəsinə əsasən qiyabi icrtaatda açılmış cinayət işi məhkəməyə göndərilə bilər və ya barələrində qiyabi hökmün, yaxud məhkəmənin digər yekun qərarının çıxarılması ilə nəticələnə bilər.

Qeyd edək ki, 18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva və digər şəxslərin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən, youtube internet portalında istifadəsində olan “Sevinc Osmanqızı TV” adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı video müraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunli video meteralları qeyri məhdud sayda şəxslərin izləyə biləcəyi internet resusları vasitəsi ilə yayılmasına, habelə Manafov Beydulla Ənvər oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentybr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri məhud şəxslərin baxa biıəcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Qafarov Abid Abdin oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024 və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə iyğun əlbir oğlduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Dekabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see241

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see171

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see166

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see160

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see158

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see156

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see149

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see149

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see147

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see141

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see140

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see138

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see137

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see136

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see133

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri