“Sevincdən gecə yata bilmədim” Eduard Məmmədovun ə AÇIQLAMASI
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İdman nailiyyətlərinə və idmanın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlar arasında kikboqsinqin WAKO versiyası üzrə üçqat dünya çempionu, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti, ölkə kikboksinqinin canlı əfsanəsi Eduard Məmmədov da yer alıb.
Eduard Məmmədov mükafata layiq görülməsindən sonra təəssüratlarını İdman.Biz-lə bölüşüb.
“Əlbəttə, bu cür mükafatı birbaşa dövlətimizin başçısının əlindən almaq mənim üçün çox xoşdur. Mükafatlandırıldığımı və onu şəxsən cənab Prezidentin təqdim edəcəyini eşidəndə sevincdən gecə yata bilmədim. Yeri gəlmişkən, məhz onun sayəsində iyirmi ildən artıq əvvəl daxili işlər orqanlarında işə qəbul olunmuşam və hazırda orada polkovnik-leytenant rütbəsində çalışıram. O vaxt isə, hətta çempion ola-ola, Bakı Əyləncə Mərkəzində sadə mühafizəçi kimi işləyirdim”, - deyə Eduard Məmmədov bildirib.
O, həmçinin milli kikboksinq federasiyasının xidmətlərini xüsusi vurğulayıb.
“Bu, təkcə mənim mükafatım deyil - ilk növbədə federasiyamızın əməyinin nəticəsidir. Mən idmançı-veteran kimi, son dövrlərdə isə vitse-prezident olaraq idman növümüzün inkişafına kömək etməyə və yeni nailiyyətlərin əldə olunmasına töhfə verməyə çalışıram. Federasiya rəhbərliyinin sayəsində kikboksinq hər il daha yüksək nəticələr göstərir ki, bu da bizi sevindirməyə bilməz”, - deyə AKF-nin vitse-prezidenti əlavə edib.
Vüqar Vüqarlı
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















