“Sevincliyik, hazırda iş başındayıq” Tovuzda bu nə şadyanalıqdı?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün ölkə kubokunun finalında “Qarabağ”la “Sabah” üz-üzə gələcək.
Bildiyiniz kimi, bu oyun adı çəkilən komandalarla yanaşı, “Turan Tovuz” üçün də böyük əhəmiyyət daşıyır. “Qarabağ” kubokun qalibi olarsa, tovuzlular 4-cü yerin sahibi kimi Konfrans Liqasına gedəcək. “Sabah” qalib olarsa, Avropa Liqasına yollanacaq və “Turan Tovuz” avrokuboklardan kənarda qalacaq.
“Ultras Turan” azarkeş qrupunun rəhbəri Kamal Saqqayev saytımıza açıqlamasında rayonda böyük monitorun quraşdırılacağını və oyunu birlikdə izləyəcəklərini söyləmişdi. Eyni zamanda, “Qarabağ” qalib gələrsə, konsert, atəşfəşanlıq, yürüş olacaq.
Azarkeşlər harada yığışacaq? Təxminən nə qədər adam olacaq? Klub oyuna kollektiv baxış üçün hansı şəraiti yaradıb? Bu sualları Kamal bəyə ünvanladıq:
“Hər bir şərait yaradılıb. Allah Ehtiram Quliyevi var eləsin. Hələ 4-5 məkanımız var ki, onları da bəzəyəcəyik. İnşallah, “Qarabağ” qalib gələcək, “Turan Tovuz” isə avrokuboklara vəsiqə qazanacaq. Sevincliyik, hazırda iş başındayıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 31 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















