Icma.az
close
up
RU
Səyahət sənayesinin inkişafı: Ehtiras və rəqəmsal təsirin gücü ilə

Səyahət sənayesinin inkişafı: Ehtiras və rəqəmsal təsirin gücü ilə

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

BAKU.WS "Fahri Travel"in rəhbəri Fahri Məmmədli ilə müsahibəni təqdim edir:

- Fahri, turizm sahəsindəki yolçuluğunuz necə başladı?

Hər şey yeni yerləri kəşf etməyə olan sevgimlə başladı. İllər əvvəl Azərbaycanı turizm istiqaməti kimi tanıtmaq üçün Rusiyanın müxtəlif şəhərlərinə səyahət edirdim. O vaxtlar bu, şəxsi əlaqələr üzərindən idi - turizm agentlikləri ilə görüşlər, kiçik təqdimatlar və insanlara Azərbaycanın nə qədər qonaqpərvər, təbiətinin və mədəniyyətinin necə zəngin olduğunu göstərmək.

- Deməli, hər şey ənənəvi tanıtımla başladı. Bəs bu, necə rəqəmsal sahəyə keçdi?

Tam olaraq belə. Sonra anladım ki, daha çox insana çatmaq üçün rəqəmsal alətlərdən istifadə etməliyəm. Özümə məxsus Instagram səyahət bloqu yaratdım. Orada məkanları, onlar haqqında mə'lumatları təbiət mənzərələrini, özümün təsuratlarını yerləşdirdim. Bu gün səhifəm ayda yarım milyona yaxın izləyici cəlb edir. Artıq bu, sadəcə bloq deyil - insanları səyahətə ruhlandıran bir icmadır, xüsusilə də Azərbaycana və Qafqaz bölgəsinə.

- "Instagram" səhifəniz həm emosional, həm də estetik baxımdan fərqlənir. Sizcə, hekayələrinizi necə üslubda danışırsınız?

Mən istəyirəm ki, hər paylaşım sadəcə bir məkanı deyil, həm də hislərimiəks etdirsin. Bloqum dünyanı səyahətlə yaşayan bir insanın gözü ilə görmək haqqındadır. Vizual estetiklə praktik məlumatları birləşdirməyə çalışıram - harada qalmaq, marşrutu necə qurmaq, yerli mədəniyyətə hörmətlə səyahət etmək kimi. Mənim üçün əsas məqsəd - səmimilik, və insanlarla əlaqə yaratdıqda onları ruhlandırmaqdır.

- Səyahət bloqunuz vasitəsilə təxminən 40 ölkə və 140-dan çox şəhəri ziyarət etmisiniz. Ən çox geri qayıtmağı sevdiyiniz şəhərlər hansılardır?

Bəli, təkrar-təkrar qayıtmaqdan zövq aldığım şəhərlər var. Bakını çıxsaq, mənim sevimlilərim - Barselona, London, Mayami və Amsterdamdır. Bu şəhərlərdə özümü evdəki kimi hiss edirəm - küçələrində gəzməyi, insanlarla ünsiyyət qurmağı və hər dəfə həmin enerjini yenidən yaşamağı çox sevirəm.

- Sizcə, işiniz Azərbaycanın turizm inkişafına necə təsir edir?

Bu gün sosial media turizmin inkişafı üçün ən güclü vasitələrdən biridir. İnsanlar hansı mədəniyyət ocaqları ilə tanış olmaq imkanlarından xəbər verirəm. Mən öz rolumu səyahətçilərlə ölkə arasında bir körpü kimi görürəm. Missiyam - Azərbaycan yalnız Bakıdan ibarət deyil, Xəzər sahillərindən Qusar və Lahıc dağlarına qədər bütöv bir dünyadır.

- Bəs bu istiqamətdə növbəti planlarınız nələrdir?

Hazırda turizm brendləri, otellər və agentliklərlə əməkdaşlıqlar qururam ki, birgə layihələr vasitəsiylə məsuliyyətli və davamlı turizmi təşviq edək. Eyni zamanda, gəncləri öz ölkələrini kəşf etməyə və Azərbaycanın gözəlliklərini dünyaya göstərməyə ruhlandırmaq istəyirəm.

Turizm sevgidir. Turizm Mühafizədir. Mənim üçün səyahət təkcə yolda olmaq deyil, həm də dəyərlərdir. Mən inanıram ki, turizm mühafizə o yox etməməlidir - həm təbiəti, həm insanı, həm də mədəniyyət ocaqlarını qorumalıdır. Hər səfər - səyahətə çıxanda biz yeni əlaqələr qurmaq, dünya haqqında biliyimizi artırib dünyamızı gözəlləşdirməliyik.

- Və son olaraq - niyə məhz Fahri.Travel?

Bu ideya pandemiya dövründə yarandıMən hamı kimi evdə oturmalıidim. Düşündüm: - "İnstagramda nəyi maraqlı və fərqli başlaya bilərəm?" Həmin illərdə hələ elə bir trend yox idi ki, bloqerlər və ya turizm agentlikləri öz adları ilə çıxış etsinlər. Çoxu səhifələrini "travel blog" və ya "blogger" kimi adlandırırdı.

Amma insanlar artıq "Fahri" adını səyahətlə bağlayırdılar. Mən də düşündüm ki, layihəm sadə və mənim kimliyimi əks etdirən bir ad daşımalıdır - Fahri.Travel. Bu, mənim kim olduğumu göstərir: daim səyahətdə olan, yeni üfüqlər açan və Azərbaycanı dünyaya tanıdan bir insan.

- Çox gözəl dediniz. Təşəkkür edirik, Fahri.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri