Icma.az
close
up
RU
Seyfulla Əzimov insan alverinə qarşı görülən işlərdən DANIŞDI

Seyfulla Əzimov insan alverinə qarşı görülən işlərdən DANIŞDI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"İnsan alverinə qarşı mübarizədə fəaliyyətin effektivliyinin əsas şərtlərindən biri güclü hüquqi və institusional bazanın mövcudluğudur. Bu baxımdan hesabat ilində milli mexanizmlərin təkmilləşdirilməsi daim diqqətdə saxlanılmışdır. Bu istiqamətdə bir qanuna, Azərbaycan Respublikası Prezidentinin üç fərmanına və Nazirlər Kabinetinin üç qərarına müvafiq dəyişikliklər edilmişdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, eyni zamanda gələcək dövr üçün strateji planlaşdırma diqqətdə saxlanılmış və müvafiq dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanıb 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib:

"Həmin konseptual sənəddə preventiv tədbirlərin genişləndirilməsi, qurbanların müdafiəsinin gücləndirilməsi, cinayət təqibinin effektivliyinin artırılması, dövlət qurumları arasında koordinasiyanın genişləndirilməsi əsas hədəf istiqamətləri kimi müəyyən edilib. Maarifləndirmə və preventiv fəaliyyət başlıca vəzifələrdən biri kimi bu istiqamətdə görülən işlər kompleks xarakter daşımış, coğrafi əhatə baxımından genişləndirilmiş, hədəf qrupları üçün diferensial yanaşma tətbiq edilib. Müvafiq tədbirlərin icrası çərçivəsində Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Dövlət Turizm Agentliyi, Medianın İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyi tərəfindən geniş işlər həyata keçirilib.

Belə ki, adları çəkilən qurumlar maarifləndirmə, ölkəyə turist kimi gələn şəxslərin qanunsuz əməllərdən qorunması, medianın monitorinqi, erkən nikahların qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqlara və onların ailələrinə nəzarət, dövlət uşaq müəssisələrinin məzunlarına sosial-hüquqi və sosial-psixoloji xidmətlərin göstərilməsi, təlim və treninqlərin təşkili kimi tədbirləri həyata keçirmişdir. Xarici ölkələrə əmək fəaliyyəti məqsədilə getmək istəyən şəxslərin, ölkəyə gələn və tranzit istifadə edən əcnəbilərin məlumatlandırılması məqsədilə insan alveri riskləri, təhlükəsiz miqrasiya qaydaları və hüquqi müdafiə mexanizmlərini əhatə edən 3400 maarifləndirici material hazırlanaraq aidiyyəti qurumlara göndərilmişdir. İnsan alveri, məcburi əmək, hüquqi məsuliyyət və şəxsi təhlükəsizlik mövzularında 72 orta ixtisas təhsil müəssisəsində seminarlar təşkil edilmiş, bu tədbirlərin əsas məqsədi gənclərdə riskləri tanımaq və onlardan yayınmaq bacarığını formalaşdırmaq olub".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri